Uşaqlara sosial-psixoloji reabilitasiya xidməti qeyri-hökumət təşkilatları ilə birgə həyata keçirilir

Mayın 24-də Sabunçu Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) inzibati binasında Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi, Uşaq Hüquqları Klinikası və "Azərbaycan uşaq qaynar xətt xidməti"nin açılışı olmuşdur. 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov səmərəli sosial müdafiə, o cümlədən sosial xidmətlər sisteminin qurulmasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə nazirlik tərəfindən xüsusi önəm verildiyini demişdir. Nazir bildirmişdir ki, bu əməkdaşlıq yetkinlik yaşına çatmayan uşaqların baxımsızlığının profilaktikası, onlara sosial, hüquqi və psixoloji dəstək göstərilməsi sahəsini də əhatə edir. Sosial xidmətlər sahəsi ilə bağlı ixtisaslaşmış QHT-lərin bir müsabiqəsinin keçirilməsi də nəzərdə tutulur.
Nazir diqqətə çatdırmışdır ki, hələ 2007-ci ildə Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi və Uşaq Hüquqları Klinikası, 2010-cu ildə isə "Azərbaycan uşaq qaynar xətt xidməti" fəaliyyətə başlamışdır.
Tədbirdə UNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard da iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında