Almaniya KİV-ləri əsassız tənqid yaymaqla məşğuldurlar

Azərbaycanın Almaniyadakı səfirliyi son vaxtlar Almaniya mətbuatında çıxan tənqidi məqalələrlə bağlı bəyanat yaymışdır. 
Bəyanatda bildirilir ki, tənqid obyektiv informasiyaya söykəndiyi halda qəbul edilir.
Bəyanatda deyilir: "Son vaxtlar Almaniya mətbuatında çıxan Azərbaycan haqqında materiallar yanlış və tam olmayan informasiyaya əsaslanır. Azərbaycanda insanların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı müsbət faktlar büsbütün və qəsdən nəzərə alınmır. Yalnız əsassız tənqid təqdim olunur. Biz hətta təsəvvürümüzə gətirə bilməzdik ki, müstəqil mətbuat məlumatları bu dərəcədə birtərəfli qaydada dərc edə bilər. Biz ədalətli, obyektiv və gerçək informasiya gözləyirik".
Bəyanatda vurğulanır ki, 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə insan hüquqlarının vəziyyətinin yaxşılaşdırılması; söz və mətbuat azadlığının təmin edilməsi; dinc və qanuni aksiyaların keçirilməsinə icazə verilməsi; başqa ölkələrdə olduğu kimi yalnız icazəsiz aksiyaların qadağan edilməsi ilə bağlı sənəd qəbul edilmişdir.
Bəyanat müəllifləri təsdiq edirlər ki, "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar olaraq, guya insanların heç bir kompensasiya ödənilmədən evlərindən məcburi qaydada köçürülməsi barədə informasiya əsassızdır və köçürülmüş bütün mənzil sahiblərinə hər kvadratmetrə görə təxminən 1500 avro məbləğində müəyyən edilmiş kompensasiya ödənilmişdir.
Bəyanatda deyilir: "40 il ərzində ədalətsiz şəkildə iki hissəyə bölünmüş bir ölkə Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması faktına lazımi diqqət yetirmir. Görünür, Azərbaycan torpaqlarının işğal olunması faktının işıqlandırılması kifayət qədər maraqlı deyildir. Biz hesab edirik ki, bu ədalətsizlikdir".
Bəyanatın sonunda tənqidi çıxışlar edən siyasətçilərə və jurnalistlərə Azərbaycan barəsində obyektiv təsəvvür formalaşdırmaq məsləhət görülür.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında