"Öz məşəlini alovlandır!" "Eurovision-2012"nin ikinci yarımfinalı ərəfəsində "Azercell Telecom" 4G texnologiyası əsasında yeni yüksək sürətli mobil internet xidmətini istifadəyə vermişdir

"Azercell Telecom" MMC "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalı ərəfəsində 4G texnologiyası əsasında yeni yüksək sürətli mobil internet xidmətini abonentlərinin istifadəsinə vermişdir.
Bu münasibətlə mayın 24-də "Hyatt Regencu-Naxçıvan" mehmanxanasında keçirilən mətbuat konfransında "Azercell"in prezidenti Əli Ağan bildirmişdir ki, bu xidmətlərin Bakıda məhz "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi zamanı istifadəyə verilməsi əlamətdardır.
Qeyd olunmuşdur ki, dördüncü nəsil texnologiyası sayılan 4G çox yüksək sürətli mobil internet şəbəkəsinə çıxışı təmin edir. "Azercell"in 4G şəbəkəsi birinci mərhələdə əsasən şəhərin mərkəzini və Dənizkənarı Milli Parkı əhatə edəcəkdir. Şəbəkə 1800 meqaherts (MNz) tezliyində fəaliyyət göstərəcək, məlumatların ötürülmə sürəti isə saniyədə 100 meqabaytadək olacaqdır.
"Azercell"in təqdim etdiyi bu xidmətə qoşulmaq və 4G modemini əldə edib limitsiz internet paketinə abunə olmaq üçün şirkətin Bakıda yerləşən "Azercell Ekspres" ofislərinə və diler şəbəkələrinə müraciət etmək lazımdır.
Bildirilmişdir ki, limitsiz internet paketinə abunə olmaq ancaq 4G şəbəkəsində mümkündür, lakin bu paket "Azercell"in 2G\3G şəbəkələrində də istifadə oluna bilər. 2G/3G şəbəkə paketlərini 4G şəbəkəsində istifadə etmək olmaz. Əgər "Azercell" abunəçiləri 2G\3G data paketlərinin istifadəçisidirsə, o, sözügedən limitsiz 4G data paketinə abunə ola bilməz, 4G şəbəkəsində səsli xidmətlər - SMS, MMS kimi xidmətlər göstərilmir. Hazırda bir neçə Skandinaviya və Baltik ölkələrindən başqa, dünyada 4G texnologiyası məhdud dairədə tətbiq olunur və Avropanın bir sıra inkişaf etmiş ölkələrində, eləcə də Türkiyə, Fransa, İtaliya və İspaniyada hələ də bu xidmətin tam olaraq tətbiqinə başlanılmamışdır.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında