Azərbaycandakı islahatların nəticələrinin nümayiş olunması üçün ideal səhnədir

Bakı dünyanın İstanbul cazibədarlığını və Dubayın memarlıq 
nailiyyətlərini birləşdirən işgüzar həyatın mərkəzinə çevrilmişdir

{nl}

Bakı qəmgin sənaye imicindən xilas olaraq özündə Köhnə dünyanın İstanbul cazibədarlığını və Dubayın memarlıq nailiyyətlərini birləşdirən işgüzar həyatın enerji mərkəzinə çevrilib. Trend-in məlumatına görə, bu, ABŞ-ın məşhur "The Washington Post" qəzetində dərc olunmuş məqalədə qeyd olunur.
Qəzetin yazdığına görə, bundan başqa, Azərbaycanda ölkədəki dəyişikliklərin nəticələrinin nümayişi üçün mükəmməl səhnə meydana çıxıb, çünki Bakıda "Eurovision" mahnı müsabiqəsi keçirilir.
Məqalədə qeyd olunur ki, füsunkar tamaşanı bütün dünyada 125 milyon insan izləyir. "Eurovision" 57-ci ildir keçirilir və müsabiqə 42 ölkədən populyar və gözəl ifaçıların epik mübarizə arenasına çevrilir.
Bakıda gecələr bütün şəhər parlaq cəlala bürünərək bolluğun və özünə əminliyin təcəssümünə çevrilir.
Yeni modern binalar və İslam dövrünün binaları şəhərin başı üzərində ucalan üç göydələndən ibarət olan, axşam işıqlandırılan və ya teleekranlara çevrilən "Alov Qəsri" kimi bina kompleksləri ilə rəqabət aparırlar.
Qəzet daha sonra yazır ki, yüksək keyfiyyətli restoranlar və eksklüziv geyim dükanları ölkədə iki onillikdəki neft bumu sayəsində firavan yaşayan, sürətlə artan və varlı elitanın olmasından xəbər verir: "Ölkə hələ XIX əsrin sonunda aralarında amerikalıların da olduğu mədən kəşfiyyatçılarını özünə cəlb edib. Azərbaycan özünün coğrafi mövqeyi və zəngin faydalı qazıntıları sayəsində tarixən böyük rol oynayıb".

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında