Azərbaycanın İrandakı səfirinə heç bir nota təqdim olunmamışdır

Azərbaycanın İranla bağlı mövqeyi dəfələrlə rəsmi şəkildə bəyan edilmişdir. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan qonşu dövlətin daxili işlərinə qarışmır və öz ərazisindən ona qarşı heç bir təcavüzə yol verməyəcəkdir. Azərbaycana qarşı törədilən təxribatlara da adekvat cavab veriləcəkdir.
Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev mayın 24-də keçirdiyi mətbuat konfransında demişdir.
E.Abdullayev İranın xarici işlər naziri Əli Əkbər Salehinin Azərbaycanda guya İran müqəddəslərinin təhqir olunmasını bildirməsinə cavab olaraq demişdir ki, Təbriz şəhərində Azərbaycanın baş konsulluğu qarşısında təşkil olunmuş aksiyada Azərbaycan dövlətinə qarşı xoşagəlməz ifadələr işlədilmişdir. Buna görə də Azərbaycan tərəfi İran tərəfinin üzr istəməsini gözləyir və iki qonşu ölkənin münasibətlərinə xələl gətirə biləcək bu cür aksiyaların təkrar olunmamasını tələb edir.
Azərbaycanın Tehrandakı səfirinin İranın Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota təqdim olunması haqqında bəzi kütləvi informasiya vasitələrinin yaydıqları xəbərləri təkzib edən E.Abdullayev bildirmişdir ki, bu cür xəbərlərin heç bir əsası yoxdur. Ona görə ki, Azərbaycanın səfiri İranın Xarici İşlər Nazirliyinə dəvət olunsa da ona nota təqdim edilməmişdir. Azərbaycan diplomatına İranın Azərbaycandakı səfirinin Tehrana çağırılmasının səbəbi açıqlanmış və bildirilmişdir ki, dövlətlərimiz arasında elə bir ciddi problem yoxdur və səfirlə sadəcə olaraq məsləhətləşmələr aparılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında