Sərnişin qatarlarının yeni hərəkət cədvəli tətbiq ediləcək

27 may 2012-ci ildən etibarən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin respublikadan kənara hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəllərində bəzi dəyişikliklər ediləcəkdir. Şimal istiqamətində hərəkət edən qatarların hərəkət cədvəllərində "*" (ulduz) nişanı ilə göstərilən dayanacaqlar "texniki dayanacaq" sayılır (vaqona düşüb-minmək qadağandır) və həmin stansiyalara bilet satışı aparılmır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumatda bildirilir ki, 55/56 saylı Bakı-Moskva sürət qatarı (Azərbaycan dəmir yolları) Rusiya dəmir yollarına məxsus heyətlə həftədə iki dəfə Bakıdan II və V günlər yola düşəcək. Qatar Moskva- Kurskaya stansiyasından saat 15.46-da yola düşəcək və Moskva-Kurskaya stansiyasına saat 05.07-də çatacaq. Qatar yeni sxem üzrə hərəkət edəcəkdir. Yay mövsümündə qatarın tərkibinə 2, 3-cü plaskart və 15-ci kupe fakultativ vaqonları qoşulacaqdır. Moskva dəmir yolunun Yefremov stansiyasından sonrakı Volovo, Uzlovaya və Ojerelye stansiyalarına bilet satışı dayandırılır. Qatar Tula-1 stansiyasından keçməsi ilə əlaqədar həmin stansiyaya bilet satışı aparılacaqdır. 369/370 saylı Bakı-Xarkov sərnişin qatarı (Azərbaycan dəmir yolları) yeni marşrut üzrə hərəkət edəcəkdir. Qatar Volqaqrad stansiyasının əvəzinə Saratovdan Cənub-Şərq dəmir yoluna keçərək Xarkova saat 07:10-da çatacaqdır və 12:05-də yola düşəcəkdir.
Bununla əlaqədar olaraq Bakıdan 01.06.2012-ci il tarixdən etibarən həmin qatara bilet satışı yeni gediş haqqı tarifləri əsasında aparılacaqdır.
373/374 saylı Bakı-Tümen sərnişin qatarı (Rusiya dəmir yolları) günaşırı öz hərəkət cədvəli və sxemi üzrə hərəkətdə olacaq. Qatar Bakıdan yola düşərkən Tümenə saat 10:59-da (15:39 əvəzinə) çatacaqdır. Qatarın tərkibində yalnız qoşma vaqonlar, yeni nömrələrlə hərəkət edəcəkdir.
Tümen-Bakı sərnişin qatarının marşrutu üzrə Şimali-Qafqaz dəmir yolunun Manas stansiyasında, Privolcsk dəmir yolunun Yandıki və Zenzeli stansiyalarda, Yujno-Uralsk dəmir yolunun Elektrostansiya və Mauk stansiyalarında dayanacağın ləğv edilməsi ilə əlaqədar Bakıdan 01.06.2012-ci il tarixdən etibarən həmin stansiyalara bilet satışı dayandırılır.
391/392 saylı Bakı-Rostov sərnişin qatarı (Şimali Qafqaz dəmir yolları) əvvəlki hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.
38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı (Azərbaycan dəmir yolları) öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcəkdir.
Yeni hərəkət cədvəlində 31/32 saylı Bakı-Kiyev sürət qatarının (Azərbaycan dəmir yolları) hərəkəti dayandırılır. Qatar Bakıdan sonuncu dəfə 23.05.2012-ci il tarixdə yola düşəcəkdir.
Yeni hərəkət cədvəlində 313/314 saylı Bakı-Sankt-Peterburq sərnişin qatarının (Azərbaycan dəmir yolları) hərəkəti dayandırılır. Qatar Bakıdan axırıncı dəfə 24.05.2012-ci il tarixdə yola düşəcəkdir.
Yalnız hərəkət cədvəlində dayanacaq olan stansiyalara biletlər tərtib edilməlidir. Dayanacaq olmayan stansiyalara və ya texniki dayanacaq verilən stansiyalara (hərəkət cədvəlində "*" nişanı qeyd olunmuş) bilet satışı qadağandır.
Ölkə daxilində hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişikliklər yoxdur. Qatarlar öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcəklər. Yeni hərəkət cədvəlində 618/619 saylı Bakı-Astara "Ekspress" qatarının hərəkəti dayandırılır. Qatar Bakıdan və Astaradan axırıncı dəfə 26.05.2012-ci il tarixdə yola düşəcəkdir.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında