Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı qeyd olunmuşdur

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramıdır. 
Bununla əlaqədar nazirliyin əməkdaşları mayın 23-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Ekoloqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzmüşlər.
Sonra nazirliyin əməkdaşları Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Daha sonra ETSN-də keçirilən tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbiətin qorunması ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramından, bu sahədə hüquqi bazanın yaradılmasından, ötən 11 ildə təbii sərvətlərin mühafizəsi, milli parkların təşkili istiqamətində görülmüş mühüm işlərdən danışmışdır.
Bildirilmişdir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. 23 may -Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı isə Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamı ilə təsis olunmuşdur.
Qeyd edilmişdir ki, ETSN Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca məsələlərdir.
Diqqətə çatdırılmışdır ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülmüşdür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilmişdir. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.
Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilmiş "Hərəmiz bir ağac əkək" aksiyasına bütün ölkə vətəndaşları qoşulmuşlar.
Ekoloqları peşə bayramı münasibəti ilə təbrik edən Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirmişdir ki, nazirliyin kollektivi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən dayanıqlı istifadə olunması siyasətini Prezident İlham Əliyevin rəhbərliyi altında daha da uğurla davam etdirərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Digər çıxış edənlər də son vaxtlar ölkədə ekoloji tarazlığın qorunması istiqamətində uğurların əldə olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Yığıncaqda ETSN əməkdaşlarına "Əməkdar mühəndis" fəxri adının verilməsi və peşə bayramı münasibətilə bir qrup şəxsin "Tərəqqi", "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar diqqətə çatdırılmışdır.
Həmçinin nazirliyin 10 əməkdaşı ETSN-in Fəxri Fərmanı ilə təltif olunmuşlar.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında