Akademik Əhməd Mahmudovun anadan olmasının 89-cu ildönümünə həsr edilmiş konfrans keçirilmişdir

Odlar Yurdu Universitetində görkəmli alim, akademik Əhməd Mahmudovun anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Azərbaycanda aqrar sahənin inkişaf meyilləri və onun perspektivləri" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbir bu ali məktəb və Azərbaycan İqtisadçılar İttifaqı tərəfindən təşkil edilmişdir.
Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetdəki büstünün önünə gül dəstələri qoymuşlar.
Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev görkəmli alim Ə.Mahmudovun zəngin elmi yaradıcılığından, bu ali məktəbdə onun adının əbədiləşdirilməsi üçün reallaşdırılan tədbirlərdən danışmışdır. Bildirmişdir ki, təhsil müəssisəsində "İlin ən yaxşı müəllimi" akademik Əhməd Mahmudov adına mükafata layiq görülür.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və digər çıxış edənlər akademik Ə.Mahmudovun mənalı ömür yolundan, elmə dəyərli töhfələrdən bəhs etmişlər. Görkəmli alimin iqtisad elminin inkişafında, elmi kadrların hazırlanmasında çox mühüm xidmətləri olmuşdur.
Sonra "Əhməd Mahmudov və Azərbaycanın iqtisad elmi", "Dövlətin aqrar siyasəti və respublika kənd təsərrüfatının inkişafında onun rolu" və digər mövzularda məruzələr dinlənilmişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında