"Bakı Ağ Şəhər" layihəsinin əsas binalarından birinin tikintisi başlanır

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən, "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində yeni binanın tikintisi başlanmışdır.
"Bakı Ağ Şəhər" layihəsinin mətbuat xidmətindən bildirmişlər ki, Böyük Britaniyanın "Atkins" şirkəti tərəfindən hazırlanmış Bakı Ağ Şəhər Ofis Binası layihənin əsas binalarından biridir.
Beynəlxalq səviyyəli Bakı Ağ Şəhər Ofis Binasına ofislər, ticarət və yaşayış yerləri daxildir. Binanın ucaldılacağı 2 hektar ərazidə "Bakı Ağ Şəhər" layihəsinin təməl daşının qoyulduğu kiçik meydan da yerləşəcəkdir. Hündürlüyü 50 metr olan bu 10 mərtəbəli binanın ümumi sahəsi 20 min kvadratmetr ərazidən ibarətdir.
Müasir materialların istifadəsi sayəsində gözəl bir görünüşə malik olacaq binada 9 müasir liftin, səs və istilik izolyasiya sistemlərinin, 365 avtomobil üçün yeraltı dayanacağın qurulması da nəzərdə tutulmuşdur. Bundan başqa, binanın ətrafında yaşıllıq işlərinin aparılması və alternativ enercinin alınması üçün günəş batareyalarının quraşdırılması planlaşdırılır ki, bu da layihədə ekoloci məsələlərə də diqqət ayrıldığını göstərir.
Bu layihə möhtəşəmliyinə görə beynəlxalq aləmdə geniş tanınmış və "Gələcəyin ən görkəmli layihəsi" nominasiyasına təqdim olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında