Mixail SAAKAŞVİLİ: Gürcüstan 2014-cü ildə NATO-ya üzv olacaq

Gürcüstan Prezidenti Mixail Saakaşvili ölkəsinin 2014-cü ildə NATO-ya üzv olacağına əmindir.
APA-nın "İnterfaks"a istinadən yaydığı xəbərə görə, M. Saakaşvili bu açıqlamanı NATO zirvə toplantısının keçirildiyi Çikaqoda verib. "Növbəti sammitin 2014-cü ildə keçiriləcəyi gözlənilir və Gürcüstanın 3 Balkan ölkəsi ilə bərabər NATO-nun tamhüquqlu üzvü olmağa böyük şansı var. Mən heç vaxt indiki kimi buna əmin olmamışdım".
Qeyd edək ki, sammitin yekun Bəyannaməsinin 3 müddəası Gürcüstana həsr edilib. Bəyannamədə bildirilir ki, Gürcüstan alyansın "aspirant"ıdır və mütləq təşkilatın üzvü olacaq. ABŞ dövlət katibi Hillari Klinton da sammitdəki çıxışında deyib ki, növbəti zirvə toplantısında hərbi-siyasi blokun genişlənməsi məsələsinə baxılmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında