Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu son bir ildə 5 faiz artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 11 335,310 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən "APA-ECONOMICS"ə verilən məlumata görə, ötən ilin eyni dövrünə nisbətən bu göstərici 5,72 faiz artıb.
Hesabat dövründə Azərbaycandan 8433,489 milyon dollar dəyərində 1177 çeşiddə mal ixrac edilib, 5089 çeşiddə 2901,820 milyon dollarlıq mal idxal edilib. Ötən ilin eyni dövrünə nisbətən ixrac 5,36 faiz, idxal isə 6,79 faiz artıb. Ötən ilə nisbətən ixrac edilən malların çeşidi 2, idxal olunan malların çeşidi isə 331 vahid genişlənib.
İlk 4 ayın nəticələrinə görə, xarici ticarətdə 5531,669 milyon dollarlıq müsbət saldo yaranıb və bu, keçən ilin eyni dövrünə nisbətən 4,62 faiz çoxdur.
Hesabat dövründə idxalın 636,418 milyon dolları və ya 21,93 faizi dövlət sektoru, 2265,402 milyon dolları və ya 78,07 faizi isə özəl sektorun və fiziki şəxslərin payına düşüb.
Bu dövrdə ölkədən ixracın 8033,717 milyon dolları və ya 95,26 faizi dövlət sektoru, cəmi 4,74 faizi isə özəl sektorun və fiziki şəxslərin payına düşüb.
Azərbaycana idxalın 748,827 milyon dolları və ya 25,8 faizi MDB ölkələri, 804,489 milyon dolları və ya 27,72 faizi Avropa İttifaqı ölkələri, 1348,504 milyon dolları və ya 46,48 faizi isə digər ölkələrin payına düşüb.
Ölkədən ixracın 343,347 milyon dolları və ya 4,07 faizi MDB ölkələri, 4041,345 milyon dolları və ya 47,92 faizi Aİ ölkələri, 4048,798 milyon dolları və ya 48,01 faizi digər ölkələrin payına düşüb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında