Azərbaycanda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları ilə bağlı məlumatlar beynəlxalq tədbirdə maraqla qarşılanmışdır

Niderland Krallığının Amsterdam şəhərində Avropa Hakimlər Assosiasiyasının yaz iclası keçirilmişdir. Tədbirdə ölkəmizi Azərbaycan Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının sədri Ələddin Cəfərov təmsil etmişdir. 
Azərbaycan Ümumi Məhkəmə Hakimləri Assosiasiyasından AzərTAc-a bildirmişlər ki, Avropa ölkələrinin hakimlər assosiasiyasının nümayəndələrini bir yerə toplayan iclasda Avropa Hakimlər Assosiasiyasının prezidenti Gerhard Reysner hesabat məruzəsi ilə çıxış etmiş, assosiasiyanın ötən ilin sentyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş sonuncu iclasında qəbul edilmiş qərarların icrası, assosiasiyanın iştirakçısı olduğu beynəlxalq tədbirlər, əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, işçi qrupların fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
Bundan başqa, iclasda Polşa, Yunanıstan, Serbiya, Macarıstan və digər ölkələrdə məhkəmə sistemindəki problemlər, Beynəlxalq Hakimlər Assosiasiyasının nizamnaməsinə təklif olunan dəyişikliklər, növbəti iclasın keçiriləcəyi yer və gündəliyi, assosiasiyanın büdcəsi və digər məsələlər müzakirə edilmişdir.
Ələddin Cəfərov keçirilən görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə uğurla həyata keçirilən məhkəmə-hüquq islahatları, Azərbaycanda məhkəmə sistemi və hakimlərin fəaliyyəti barədə məlumat vermişdir. Azərbaycan təmsilçisinin çıxışı maraqla qarşılanmışdır.
Görüşlərdə, həmçinin Avropa ölkələrində hakimlərin müstəqilliyi, statusu, sosial məsələlərinin həlli və məhkəmə icraatında mövcud olan problemlərlə bağlı faydalı fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında