Səbaildə uşaq həftəsi

Səbail rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş silsilə tədbirlərə başlanmışdır. Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov bununla əlaqədar bildirdi ki, hər bir məktəblinin səbirsizliklə gözlədiyi yay tətili ərəfəsində, eləcə də 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə rayonumuzda tədbirlər planı hazırlanmış, bu işə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur. 
"Park Bulvar" Ticarət və İstirahət Mərkəzindəki "Park Sinema" kinoteatrında uşaq filmləri festivalı keçirilir. Aztəminatlı ailələrdə, həmçinin müxtəlif uşaq tərbiyə müəssisələrində böyüyən və əlil uşaqlara həftə ərzində pulsuz "3 D" həcmli filmlər nümayiş etdiriləcək.
Bundan əlavə, rayonda təhsil alan yeniyetmələrin "Yaxt-klub"dakı "Vətən" gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunmuşdu. Xoş və yaddaqalan gəzinti üçün burada hər cür şərait yaradılmışdı. Gənc musiqiçilərin şən ifaları altında uşaqlar rəqs etdilər, şeir, mahnılarla həmyaşıdlarını şənləndirdilər. Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi gəmiyə böyük təntənə gətirdi. Uşaqlar və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi üçün tikilmiş "Baku Crystal Hall" zalını, yeniləşən Bakı Bulvarını, şəhərin mərkəz hissəsini maraqla müşahidə etdilər.
Dəniz gəzintisi zamanı uşaqlar qarşısında çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova bildirdi ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun yaratdığı ənənələr bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər uşaqların taleyində əhəmiyyətli rol oynayır. Dövlətimiz hər bir uşağın yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd uşaqların yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Dəniz gəzintisi uşaqların, onların müəllim və valideynlərinin razılığına səbəb oldu.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında