Ermənilərin azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri terror, soyqırımı və işğalçılıq siyasətini bütün dünya ictimaiyyəti bilməlidir

Türkiyənin Azərbaycan əsilli vətəndaşı, Xocalı soyqırımına etiraz olaraq Ankaradan Bakıya piyada yürüş edən Qələndər Bayramlı ilə mayın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində görüş olmuşdur. 
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 58 yaşlı Qələndər Bayramlının Xocalı soyqırımına etiraz olaraq martın 21-də - Novruz bayramı günündə Ankaradan Bakıya piyada yürüş etmək qərarını əsl vətənpərvərlik nümunəsi kimi dəyərləndirmişdir.
Əli Həsənov demişdir ki, ermənilər zaman-zaman azərbaycanlılara və türklərə qarşı müxtəlif terror aktları, soyqırımı həyata keçirmiş, torpaqlarımızı işğal etmişlər. Xocalı soyqırımı isə XX əsrin ən dəhşətli faciəsidir. Bu barədə həqiqətləri bütün dünya ictimaiyyəti bilməlidir və bilir. Biz bu faciələri, eləcə də erməni saxtakarlığını dünyaya çatdırmaq üçün bütün sivil vasitələrdən istifadə etməliyik. Sizin Ankaradan başlatdığınız və iki aydan sonra Bakıda sona çatdırdığınız yürüş bu baxımdan çox önəmlidir.
Baş nazirin müavini ermənilərin hələ birinci və ikinci Dünya müharibələrindəki satqınlıq və xəyanətkarlıqları barədə faktları xatırlamış və demişdir ki, bütün dünya erməni xislətini tanımalıdır.
Komitə sədri vurğulamışdır ki, Türkiyə ilə Azərbaycan tarixən bir-birlərinin yanında olmuşlar. Mustafa Kamal Atatürk sevincimizin və kədərimizin də bir olduğunu söyləmiş, ulu öndər Heydər Əliyev isə bizi "bir millət, iki dövlət" adlandırmışdır.
Prezident İlham Əliyevin qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndirməsindəki rolunu xüsusi qeyd edən Əli Həsənov dövlətimizin başçısının təşəbbüsü ilə Bakıda keçirilən Türkiyə və Azərbaycan diaspor təşkilatlarının qurultayının birgə fəaliyyətinin güclənməsindəki əhəmiyyətini vurğulamışdır. Baş nazirin müavini torpaqlarımızın tezliklə işğaldan azad olunacağını bildirmişdir.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıq edən Qələndər Bayramlı Bakıya 3 gün əvvəl çatdığını, Ağdam rayonunda olduğunu bildirmişdir. O demişdir ki, yürüşün əsas məqsədi ermənilərin 1992-ci il fevralın 26-da Xocalıda törətdiyi qətliamı bütün dünyaya çatdırmaqdır. O, bu yürüşdə 2 min 637 kilometr yolu piyada qət etmişdir.
Q.Bayramlı demişdir: "Bu, mənim üçün asan olmayan, amma haqlı yürüşümdür. Bu yürüş Xocalının işğaldan azad olunacağı günə qədər davam edəcəkdir. İstəyim budur ki, dünya ictimaiyyəti ermənilərin kim olduğunu bilsinlər, işğalçılar torpaqlarımızı tərk etsinlər. İnanıram ki, şəhidlərimizin qanı yerdə qalmayacaqdır".
Görüşdə iştirak edən şəhid anası Əsli Məmmədova Xocalı hadisələrini xatırlayaraq bildirmişdir ki, o, bu faciədə 28 şəhid vermişdir. Ə.Məmmədova demişdir: "Düşmən mənim ağlamağımı görməyəcək, Azərbaycan qüdrətli dövlətdir və öz torpaqlarına sahib çıxacaqdır. Biz Xocalıda görüşəcəyik".
Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev isə xocalılılar adından Qələndər Bayramlıya təşəkkür etmişdir.
Sonda Qələndər Bayramlıya arxiv materialları əsasında hazırlanmış və erməni vandalizmini sübut edən sənədli filmin diski verilmişdir, xocalılıların toxuduqları xalça hədiyyə olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında