Azərbaycan Beynəlxalq Kann kinofestivalında

65-ci Beynəlxalq Kann kinofestivalında Azərbaycanın da bayrağı dalğalanır. İkinci ildir festival şəhərciyinin mərkəzi xiyabanda yerləşən və "Azərbaycanfilm"in loqotipi ilə bəzədilmiş pavilyonda kinomuz, onun tarixi, bugünkü potensialı, birgə film istehsal etmək və xarici film istehsalçılarına xidmətlər göstərmək imkanları haqqında məlumatlar bildirən çap məhsulları və audiovizual materiallar təqdim olunur. Azərbaycanın turizm imkanları geniş təsvir edilir.
Pavilyonda qurulmuş monitorda "Buta" bədii filmini seyr edən digər ölkələrin nümayəndələri və festival iştirakçıları filmin rejissoru İlqar Nəcəfə əsərinin milli folklora və ənənələrə söykənməklə yanaşı Avropa tamaşaçılarının da anlaya biləcəyi tərzdə çəkildiyini bildirdilər. Filmin son bir neçə ayda iki beynəlxalq kinofestivalın baş mükafatlarına layiq görüldüyü haqqında tamaşaçılara məlumat verildi.
Ürəkaçan məqamlardan biri festival proqramlarından birində iki qısametrajlı filmimizin təmsil olunması ilə bağlıdır, bunlar "Ultra production" şirkətinin çəkdiyi "İnkoqnito" və "Iz production"un istehsal etdiyi "Susma!" filmləridir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında