Səsvermə nəticəsində "Eurovision"da lider dəyişikliyi baş verib

"Bakı Kristal Zalı"nın mətbuat mərkəzində "Eurovision" Təşkilat Komitəsi və EBU-nun (Avropa Yayımları Birliyi) təşkil etdiyi səsvermə davam edir.
Trend-in məlumatına görə, səsvermədə jurnalistlər, akkreditə olunmuş azarkeşlər, eləcə də müxtəlif ölkələrin nümayəndə heyətlərinin nümayəndələri iştirak edir. Hər kəs interaktiv səsvermədə yalnız bir dəfə iştirak edə və onun fikrincə, yarımfinaldan finala çıxa biləcək hər on nümayəndəyə görə səs verə bilər. Səsvermənin nəticələrinə görə (dünənlə müqayisədə), birinci yarımfinalda əvvəlki kimi Rusiyanın "Buranovskiye babuşki" kollektivi, ikinci yeri Yunanıstan təmsilçisi, üçüncü yeri Rumıniyanın "Mandinga" qrupu tutur. İkinci yarımfinalda lider dəyişikliyi baş verib.
Birinci yerə Serbiyadan olan Jelko Yoksimoviç yüksəlib, İsveç təmsilçisi Lorin ikinci yerə düşüb, Ukraynadan olan Qaytana isə üçüncü yeri tutub. Son nəticələr hər yarımfinala qədər olan üç saat ərzində açıqlanacaq. "Eurovision"un bütün tarixi ərzində ilk dəfə olaraq Azərbaycanda sensor köşk əsasında yeni səsvermə texnologiyasından istifadə olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında