Polis-vətəndaş münasibətləri müzakirə olundu

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Polis İdarəsi və "Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" İctimai Birliyi "Ağsaqqalar Evi"ndə "Sahə müvəkilləri və onların vəzifələri: Vətəndaşla necə münasibət qurmalı?" mövzusunda disput keçiriblər. 
Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov tədbir iştirakçılarına ölkəmizdə insan hüquqlarının qorunması sahəsində aparılan islahatlardan, mövcud qanunvericilikdən danışdı. Bu kimi tədbirlərin hüquq və vəzifələrin mənimsənilməsi, həmçinin, təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi. İdarə rəisi gənclərdə sağlam həyat tərzinin formalaşması istiqamətində bir sıra tədbirlərin də reallaşdırıldığını vurğuladı.
"İnsan hüquqları aylığı" çərçivəsində keçirilən tədbirdə Polis İdarəsi ictimai təhlükəsizlik şöbəsinin rəisi Məhəmməd Yaqubov şəhərdə ictimai asayişin vəziyyəti haqqında məlumat verdi. Ötən il ərzində törədilən cinayətlərin statistikasını təhlil edərək bu sırada oğurluq və narkotik vasitələrlə bağlı halların üstünlük təşkil etdiyini söylədi. Sumqayıtda ictimai asayişin yüksək səviyyədə qorunduğunu deyən şöbə rəisi polis-vətəndaş münasibətlərinə də toxundu. Cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirildiyini bildirərək Sumqayıtda 14 sahə rəisliyinin, 51 sahə müvəkkilliyinin fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Cinayətlərin açılmasında vətəndaşların xidmətinin vacibliyini önə çəkdi. İctimai Şuraların vasitəsilə vətəndaşların polisə yardım etdiyini bildirdi.
"Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" İctimai Birliyinin sədri Ramil Zeynallı isə vətəndaş cəmiyyətinin formalaşmasında insan hüquq və azadlıqlarının qorunmasının, eləcə də bu sahədə maarifləndirici tədbirlərin həyata keçirilməsinin zəruriliyinə diqqət çəkdi.
Tədbirə qatılan sahə rəisləri də mövzuya münasibələrini bildirdilər. Disput sualların cavablandırılması ilə başa çatdı.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında