Azərbaycanın xarici siyasəti mehriban qonşuluq prinsipinə əsaslanır

İran İslam Respublikası ilə Azərbaycan Respublikasının qonşuluq münasibətlərini pozmaqla bölgədə gərginlik yaratmağa çalışan qüvvələr Azərbaycanın Təbriz şəhərindəki baş konsulluğunun qarşısında piket keçirərək rəsmi Bakının ünvanına təhqirlər səsləndirmişlər.
Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elman Abdullayev müsahibəsində bildirmişdir ki, Azərbaycan dövlətinə qarşı hörmətsizliyin nümayiş etdirilməsi cavabsız qalmayacaqdır və bu təhqirlərə adekvat cavab veriləcəkdir.
Təxribat törətməyə cəhd edən qüvvələr bilməlidirlər ki, Azərbaycan 1990-cı illərin əvvəllərində olduğu kimi zəif və köməksiz deyildir. Bu gün Azərbaycan özünün iqtisadi potensialı ilə bölgənin lider dövlətidir və rəsmi Bakının razılığı olmadan regionda heç bir iqtisadi və siyasi layihə həyata keçirilə bilməz.
E. Abdullayev demişdir ki, Azərbaycan daxili və xarici siyasətini müstəqil şəkildə, heç bir xarici dövlətlə, beynəlxalq təşkilatla razılaşdırmadan reallaşdırır və bu siyasətin mahiyyəti mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıqdan və sülh şəraitində yaşamaqdan ibarətdir. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və kənar qüvvələrin də Azərbaycanın daxili işlərinə qarışmasını yolverilməz hesab edir. Əgər Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olarsa bu, cavabsız qalmayacaqdır.
Ona görə də müxtəlif bəhanələrlə Azərbaycanın diplomatik nümayəndəliklərinin qarşısında piketlər keçirilməsi və dövlətimizə qarşı əsası olmayan tələblərin irəli sürülməsi sağlam məntiqə sığmır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında