"Excelsior Hotel Baku" açıq hovuz ətrafında "Eurovision 2012" finalını izləməyə dəvət edir

Azərbaycanın 5+ ulduzlu oteli olan "Excelsior Hotel Baku" tamaşaçıların "Eurovision 2012" mahnı müsabiqəsini ekrandan daha yüksək keyfiyyətdə və canlı izləmələri üçün yeniliyə imza atıb. Belə ki, "Excelsior Hotel Baku" mehmanxanasında açıq havada hovuz ətrafında quraşdırılmış böyük ekranda müsabiqənin final konsertini izləmək mümkün olacaq. Həmçinin, konsert müddətində qonaqlara ev limonadı təklif olunacqdır. Müsabiqənin final konsertini böyük ekranda canlı yayımı 26 may 2012-ci il saat 23.00-da baş tutacaqdır. 
"Eurovision 2012" mahnı müsabiqəsinin final konsertinin istirahət edərək izləmək istəyənlər, biletləri "Excelsior Hotel Baku" mehmanxanasından əldə edə bilərlər.
"Excelsior Hotel Baku" Azərbaycanda ilk "5+" ulduzlu beynəlxalq standartlara uyğun mehmanxana kompleksidir. "Excelsior" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" standart, 9 "Duke" kiçik otaqlardan, iclas otaqları və biznes mərkəzlərindən, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. İbarətdir.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında