Bakı şəhər məktəblilərinin XXIV spartakiadası başa çatıb

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan güllə atıcılığı və cırtdan yarışlarına yekun vurulub. Snayperlərin yarışlarında Nizami rayonundakı 220, Binəqədi rayonundakı 126, Sabunçu rayonundakı 80 saylı orta məktəblərin komandaları fərqləniblər. 
Kiçik yaşlı məktəblilər arasında təşkil olunan cırtdan yarışlarında isə Xətai rayonundakı 204, Səbail rayonundakı 160 saylı Klassik Gimnaziya və Suraxanı rayonundakı 278 saylı orta məktəbin komandaları ilk üçlükdə qərarlaşıblar.
Beləliklə, Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın bütün növləri üzrə keçirilən yarışlardan sonra ümumi xallar hesabında 1-ci yeri 45 xalla Xətai rayonu, 2-ci yeri 54 xalla Səbail rayonu, 3-cü yeri isə 59 xalla Sabunçu rayonunun komandaları tutublar.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında