AMEA-nın Yer elmləri üzrə həqiqi və müxbir üzvlüyünə namizədlər hesabat vermişlər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda Yer elmləri bölməsinin, Geologiya və Coğrafiya institutlarının elmi şuralarının birgə toplantısı keçirilmişdir.
AMEA-nın üzvlüyünə növbəti seçkilərlə əlaqədar təşkil olunmuş ikigünlük tədbirdən məqsəd akademiyanın Yer elmləri üzrə həqiqi və müxbir üzvlərinin vakant yerlərinə namizədlərə iddialarını elmi nailiyyətləri ilə əsaslandırmaq imkanı vermək idi. Geologiya, geofizika, neft və qaz yataqlarının işlənilməsi və coğrafiya ixtisasları üzrə namizədliyini irəli sürmüş alimlərin həm Azərbaycan, həm də dünya elminə vermiş olduqları töhfələr müzakirə edilmişdir.
Toplantıda Geologiya İnstitutundan əlavə, Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif elmi-tədqiqat institutları, Azərbaycan Dövlət Neft Akademiyası və Bakı Dövlət Universitetində çalışan namizədlərdən ümumən 4 müxbir üzv və 20 elmlər doktoru çıxış etmişdir.

{nl}

Səid HÜSEYNOV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında