"Eurovision - 2012" Mahnı Müsabiqəsi ilə əlaqədar ölkəmizə gələn qonaqlar üçün turizm informasiya mərkəzləri quraşdırılmışdır

Mayın 17-də Nəqliyyat Nazirliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin, Bakı İnformasiya Turizm Mərkəzinin (BİTM), Azərbaycan Dövlət Dəniz Administrasiyasının və "Azərbaycan Hava Yolları" QSC-nin "Eurovision - 2012" Mahnı Müsabiqəsi ilə əlaqədar ölkəmizə gələn turistlər üçün birgə quraşdırdıqları informasiya turizm mərkəzlərinin təqdimatı olmuşdur.
BİTM-in direktorunun müavini Bəxtiyar Qılıncov yeni fəaliyyətə başlayan turizm informasiya mərkəzləri haqqında məlumat vermişdir. Bildirmişdir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda, Dəmir Yolu Vağzalında, Bakı Beynəlxalq Dəniz Vağzalında və Bakı Beynəlxalq Avtovağzal Kompleksində quraşdırılmış mərkəzlər ölkəmizə gələn qonaqları Azərbaycan haqqında dolğun informasiya ilə təmin edəcəkdir. Eyni zamanda, turistlərə Bakının xəritələri, sorğu kitabçaları, paytaxtda keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlər, hotel və restoranlar barədə məlumatları əks etdirən bukletlər və digər çap məhsulları da təqdim olunacaqdır.
Qeyd edilmişdir ki, turizm informasiya mərkəzlərinin işinə Azərbaycan Turizm İnstitutunun xarici dillərə yiyələnmiş tələbələri cəlb olunmuşlar. Onlara BİTM-də müvafiq treninqlər keçirilmişdir.
Avropa ölkələrindən axının çox olduğunu deyən Heydər Əliyev Beynəlxalq Aeroportundakı turizm informasiya mərkəzinin əməkdaşı Afaq Abdullayeva bildirmişdir ki, gün ərzində 50-dən artıq turistə xidmət göstərilir. Qonaqlar ən çox Bakının xəritəsini istəyirlər. Eyni zamanda, onlar Azərbaycanın tarixi-memarlıq abidələrinə, milli-mədəni dəyərlərinə böyük maraq göstərirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında