Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ümumrespublika müşavirəsi

Mayın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində videokonfrans sistemi vasitəsilə distant formada ümumrespublika müşavirəsi keçirilmişdir.
Müşavirə sosial müdafiə proqramlarının inkişaf perspektivləri və rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin fəaliyyətinə həsr olunmuşdur.
Nazir Füzuli Ələkbərovun sədrliyi ilə keçirilən müşavirədə yeni sosial xidmət modellərinin tətbiqi və bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, ünvanlı sosial yardımların mərkəzləşdirilmiş ödəniş və nəzarət sisteminin qurulması, fəal sosial yardım proqramlarının tətbiqi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur.
Müşavirədə, həmçinin vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilmişdir. Bölgələrdə vətəndaşların müraciətlərinin özlərinin iştirakı ilə obyektiv və ədalətli araşdırılması işlərinin vətəndaşların şikayət məzmunlu müraciətlərinin sayının xeyli azalmasında, eyni zamanda nazirliyin strukturlarında çalışan əməkdaşların vətəndaşlarla münasibətlərində məsuliyyət hissinin güclənməsində xüsusi əhəmiyyət kəsb etdiyi və bunun davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Tədbirdə növbədənkənar minik avtomobili ilə təmin edilmək üçün dövlətimizin başçısına müraciət ünvanlanmış Böyük Vətən müharibəsi əlilləri Bəkir Məmmədova və Qüdrət Cəfərova "NAZ-Lifan" markalı minik avtomobilinin sənəd və açarları təqdim olunmuşdur. Həmçinin Qüdrət Cəfərova yaxın vaxtlarda Gəncədə istifadəyə veriləcək 81 mənzilli yaşayış binasında mənzillə təmin ediləcəyi də bildirilmişdir.
Bəkir Məmmədov və Qüdrət Cəfərov Böyük Vətən müharibəsi əlillərinə göstərdiyi daimi diqqət və qayğıya, o cümlədən onlara minik avtomobili ilə sevinc bəxş etdiyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında