Azərbaycan xarici siyasətində qonşu dövlətlər ilə münasibətlərinə xüsusi önəm verir

Azərbaycanın Təbrizdəki konsulluğunun binası qarşısında təşkil olunmuş piketə cavab olaraq, mayın 17-də ölkəmizin xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycanın mövqeyini bir daha diqqətə çatdıraraq vurğulamışdır ki, Azərbaycan-İran əlaqələrinin dərin tarixi kökləri vardır. Azərbaycan bütün addımlarında qonşu ölkələrin, o cümlədən İranın da milli maraqlarını nəzərə alır.
Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü demişdir ki, demokratik, dünyəvi dövlət olan Azərbaycana qarşı təhdidlər, təxribatlar yolverilməzdir. İslam həmrəyliyindən, dini təəssübkeşlikdən danışan qüvvələr yalanlar və iftiralar ilə ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzuna xələl gətirə bilməyəcəklər.
E.Abdullayev vurğulamışdır ki, Azərbaycanın İrandakı diplomatik nümayəndəliklərinin qarşısında keçirilən aksiyalar iki qonşu ölkənin münasibətlərinə xələl gətirməyə çalışan qüvvələr tərəfindən təşkil edilir. Ona görə də Azərbaycan tərəfi aksiyaların artmasından narahatlığını bildirir və nəzərə çatdırır ki, Azərbaycana bu cür vasitələrlə təsir edib, siyasi kursunun dəyişilməsinə nail olmaq mümkün deyildir. Azərbaycanın ən böyük problemi torpaqlarımızın Ermənistan tərəfindən işğal olunmasıdır. Müsəlman aləmi və bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanımış və Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı pisləmişlər. Təəssüf ki, qonşu ölkə bu hadisələrə heç bir münasibət bildirməmişdir.
XİN-in sözçüsü qeyd etmişdir ki, dəfələrlə rəsmi səviyyədə Azərbaycan ərazisindən İrana qarşı hər hansı təcavüzə yol verilməyəcəyinin bəyan edilməsinə baxmayaraq, Təbrizdə ölkəmizin əleyhinə toplantı keçirib əsassız tələblər irəli sürmək, radikal çağırışlar səsləndirmək qərəz və məkrdən başqa bir şey deyildir. İslami həmrəylikdən, qardaşlıqdan danışan İrandakı bəzi qüvvələrin bu cür hərəkətləri birmənalı olaraq Azərbaycanda sabitliyin pozulmasına yönəlmişdir. Onlar hansı İslami həmrəylikdən danışırlar ki, bir milyondan artıq din qardaşları 20 ildir ki, İranın davamlı olaraq maddi və mənəvi dəstək göstərdiyi təcavüzkar Ermənistan tərəfindən doğma yurd-yuvalarından didərgin salınmışlar, yüzlərlə İslam məbədgahı erməni vandalları tərəfindən dağıdılmış və talan edilmişdir. Bütün bunlar sübut edir ki, İranda Azərbaycana qarşı bu cür aksiyalar heç də dini təəssübkeşlik mahiyyəti daşımır, ədavətə, təhrikçiliyə, milli-mənəvi dəyərlərimizə hörmətsizliyə xidmət edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında