Bərdənin Xam Torpaq adlanan ərazisində məcburi köçkünlər üçün yeni qəsəbə salınır

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mayın 17-də Bərdə rayonunun Xam Torpaq adlanan ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yeni qəsəbədə olmuşdur.  
Əli Həsənov qəsəbədə tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Baş nazirin müavininə məlumat verilmişdir ki, 134 hektar ərazini əhatə edən yeni qəsəbə 195 məcburi köçkün ailəsi üçün salınır. Burada 15 birotaqlı, 98 ikiotaqlı, 72 üçotaqlı, 4 dördotaqlı ev tikilir.
Bundan başqa, hər bir ailə üçün 12 sot həyətyanı sahə, 48 sot əkin sahəsi nəzərdə tutulmuşdur. Yeni qəsəbədə 198 şagird yerlik məktəb binası, 25 yerlik uşaq bağçası, inzibati bina, klub, icma mərkəzi, tibb məntəqəsi, poçt binası tikilir. Ərazidə yaşıllaşdırma işləri də diqqət mərkəzində olacaq, burada böyük park salınacaq, idman meydançası qurulacaq, qəsəbə bütün əlavə infrastrukturla təmin olunacaqdır.
Hazırda tikinti ilə 6 təşkilat məşğul olur. İşlər sürətlə davam etdirilir.
Qəsəbənin iyulun sonunda təhvil verilməsi nəzərdə tutulmuşdur.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov müşavirə keçirmiş, podratçıların, məcburi köçkünlərin problemləri ilə maraqlanmış, tikintinin gedişi ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında