Zəlzələ bölgəsində qəzalı vəziyyətə düşmüş evlərin sayı 1100-ə yaxınlaşır

Şimal-qərb bölgəsində baş vermiş dağıdıcı zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evlər və ictimai binaların sayı günbəgün artır.
FHN-in Zaqatala şəhərində yaradılmış operativ qərargahından bildirmişlər ki, işçi qrupları indiyədək Zaqatala, Qax və Balakən rayonlarında 3930 evə baxış keçirmişlər. Mayın 17-nə olan məlumata görə, zəlzələ bölgəsində tam qəzalı vəziyyətə düşmüş yaşayış binalarının sayı artıq 1092-yə çatmışdır. İki gün əvvəl isə belə evlərin sayı 958 olmuşdur. Bundan əlavə, 827 evdə bərpa və gücləndirmə tədbirləri həyata keçirilməli, 1118 ev isə təmir olunmalıdır. Baxış keçirilmiş 893 evin vəziyyəti isə qənaətbəxş hesab olunmuşdur.
İşçi qrupları, eyni zamanda, zəlzələ bölgəsində 377 ictimai binaya baxış keçirmişlər. Araşdırmalar nəticəsində 57 binanın qəzalı vəziyyətə düşdüyü, 27 binanın bərpa və gücləndirməyə, 244 binanın isə təmirə ehtiyacı olduğu məlum olmuşdur.
Fövqəladə Hallar Nazirliyi tərəfindən indiyədək zəlzələdən zərər çəkənlərə 4236 çadır, o cümlədən Zaqatala rayonu üzrə 2958, Qax rayonu üzrə 1216, Balakən rayonu üzrə 40, həmçinin digər məqsədlər üçün 22 çadır paylanmışdır. Ehtiyac nəzərə alınaraq, zərər çəkmiş ailələrin yerləşdirilməsi üçün mayın 17-də operativ qərargaha daha 1000 çadır gətirilmişdir.
Zəlzələ bölgələrində, çadır şəhərciklərində əhalinin sağlamlığının qorunması, ərzaq və içməli su ilə təmin olunmaları üçün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında