Azərbaycan nümayəndə heyəti MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 56-cı iclasının işində iştirak edir

Mayın 17-də Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 56-cı iclası işə başlamışdır. Toplantıda ölkəmizi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AzərTAc-a bildirmişdir ki, tədbirdən əvvəl işitirakçılara üzərində "Eurovision - 2012" yazılmış kepkalar paylanılmışdır.
Tədbiri açan "Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin sədri Vladimir Yakunin 20 il ərzində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının fəaliyyətini yüksək dəyərləndirmişdir. Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılmışdır.
İki gün davam edəcək iclasda Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 20 illik fəaliyyəti, 2011-ci ilin və 2012-ci ilin I rübü ərzində dəmir yolu xətlərinin istismarı işlərinin, həmçinin qatarların hərəkət cədvəlinin, yük qatarlarının və beynəlxalq istiqamətdə konteynerli vaqonların tərtibat planının işlənib hazırlanmasının yekunları, Şuranın 57-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında məsələlər müzakirə olunacaqdır.
"Azərbaycan Dəmir Yolları" QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının, 1993-cü ildən Dəmir Yolları Əməkdaşlığı Təşkilatının, 1995-ci ildən Beynəlxalq Dəmir Yolları İttifaqının üzvü kimi bu qurumların toplantılarında təmsil olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında