"Azərsu" ASC beynəlxalq sərgidə iştirak etmişdir

Bu günlərdə Almaniyanın Münhen şəhərində beynəlxalq su təchizatı sərgisi keçirilmişdir. Ölkəmizi bu mühüm beynəlxalq tədbirdə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Xatırladaq ki, dünyanın 55 ölkəsindən 2700-dən çox şirkətin qatıldığı sərgidə ən yeni texnologiyalar nümayiş etdirilmişdir. 
"Azərsu" ASC-nin nümayəndə heyəti su təchizatı və kanalizasiya sektorunda tətbiq olunan yeniliklərlə yaxından tanış olmuş, qabaqcıl şirkətlərin son texnologiyaları və onların iş prinsipləri ilə maraqlanmışdır. Sərgi çərçivəsində nümayəndə heyətinə qabaqcıl şirkətlərin istehsalı olan içməli və tullantı sularının istismarında istifadə olunan bütün növ nasoslar, SMART tipli və digər su sayğacları, birləşdirici vasitələr, sunəqledici sistemlər üçün fittinqlər, mexaniki və avtomatik rejimdə işləyən siyirtmələr, diffuzorlar və digər avadanlıqlar nümayiş etdirilmiş, eləcə də onların iş prinsipləri barədə məlumatlar verilmişdir.
Sərgidən sonra "Azərsu" ASC-nin bir qrup əməkdaşı Niderland Krallığının Amsterdam və İsveçin Stokholm şəhərlərində olmuşdur. Nümayəndə heyəti Amsterdam şəhərində qrunt sularının idarə olunması ilə bağlı keçirilmiş təqdimatda iştirak etmişdir. Stokholm şəhərində isə dünyanın məşhur nasos istehsalçısı Pluger şirkətində görüşlər keçirən nümayəndə heyətimiz həmin firma ilə əməkdaşlıq edən Elmi-Tədqiqat İnstitutunun laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olmuşdur. Burada çirkab sutəmizləyici qurğularda təmizlənmiş tullantı sularının oksigenin bioloji tələbatı göstəricisinin aşağı salınması prosesi barədə ətraflı məlumat verilmişdir. Yeri gəlmişkən, "Azərsu" ASC Bakı şəhərində və regionlarda həyata keçirilən layihələrdə yeni texnologiyalardan istifadə etməyi qarşıya məqsəd qoymuşdur. Hazırda dünyanın qabaqcıl şirkətləri ilə bu istiqamətdə əməkdaşlıq əlaqələri davam etdirilir.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında