Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 275 630, qeydiyyatda olan əcnəbilərin sayı isə 12 297 nəfər təşkil edir

Azərbaycanda 2012-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edir. Cəmi əmək pensiyası alan şəxslərin 498 190 nəfəri kişi, 777 440 nəfəri isə qadındır. Onlardan 807 941 nəfəri yaşa, 333 730 nəfəri əlilliyə, 133 959 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır.
DSMF-dən redaksiyaya daxil olan məlumatda bildirilir ki, son illər ərzində həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil etmişdir. Belə ki, aprelin 1-i tarixinə ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləği 150 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 166 manat olmuşdur.
Əmək pensiyası - "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü vardır:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
Məlumatda həmçinin o da bildirilir ki, DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı getdikcə artır və aprelin 1-i tarixinə olan statistikaya əsasən hazırda onların sayı 12 297 nəfərdir.
Qeyd etmək lazımdır ki, 2006-cı il yanvar ayının 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılmışdır. Hazırda dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün həyata keçirilən tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlırləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir.
Ümumilikdə Azərbaycanda çalışan 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən coxdur. Belə ki, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ilk yerdə qərarlaşan Türkiyə vətəndaşlarının sayı 7149 nəfər, ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1483 nəfər, üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 653 nəfər təşkil edir.
Sonrakı yerlərdə ardıcıl olaraq 412 nəfərlə İran İslam Respublikası, 279 nəfərlə Hindistan və 251 nəfərlə Çin Xalq Respublikası cəlir. Böyük Britaniya və Şimali İrlandiya Krallığından olan əcnəbilərin sayı 152, Özbəkistandan olanların sayı 148, Bosniya və Hersoqovinadan gələnlərin sayı 128, Pakistan İslam Respublikasından isə 107 nəfər qeydiyyata alınıb. Sonrakı yerlərdə isə Almaniya (101), Ukrayna (100), Filippin (99), Türkmənistan (83), Malayziya (80), İtaliya (73), Qazaxıstan (71), ABŞ (67) və digər ölkələr gəlir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında