Bakıda Azərbaycan-Serbiya biznes forumu keçirilmişdir

Mayın 16-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Serbiya biznes forumu keçirilmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) keçirilən tədbirdə kənd təsərrüfatı, sənaye, tikinti, maşınqayırma, metal emalı, telekommunikasiya, mebel, turizm, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişlər.
AZPROMO-nun rəhbəri Adil Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanları barədə məlumat vermişdir.
Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç iqtisadi sahədə əlaqələr və əməkdaşlıq perspektivləri barədə danışmışdır. Bildirilmişdir ki, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, biznes forumlar ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsində, yeni əlaqələrin qurulmasında əhəmiyyətlidir.
Serbiyanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Vidosava Saqiç ölkələrimiz arasında əlaqələr, ADİU-nun rektoru Şəmsəddin Hacıyev gələcək iqtisadçıların özəl sektorun inkişafındakı rolundan danışmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında