"İnkişaf və Dünya" təşkilatı öz saytını təqdim edib

Bu günlərdə "İSR Plaza" biznes mərkəzində "İnkişaf və Dünya" qeyri-hökumət təşkilatının Azərbaycan və rus dillərində elektron saytının təqdimatı keçirilib. Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə baş tutmuş tədbir 28 May Respublika və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günlərinə həsr olunub.
Tədbirdə çıxış edən "İnkişaf və Dünya" QHT-nin sədri Namazəli Mustafayev bildirib ki, təşkilatın yaranması, hazırlanan layihələrin uğurla həyata keçirilməsi, bu qeyri-hökumət təşkilatının lazımi dəstək qazana bilməsi Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə siyasi sabitlik və iqtisadi inkişafın təmin edilməsi, eləcə də vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin nəticəsində mümkün olmuşdur. Onun sözlərinə görə, təşkilatın uğurla işləməsinə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də böyük təsir göstərmişdir. Heydər Əliyev Fondunun qayğısı ölkənin təhsil və səhiyyə sistemlərinin yeniləşməsinə, Azərbaycan xalqının mədəni irsinin qorunmasına, istedadlı uşaqlarımızın yaradıcılıq potensialının dünya səviyyəsində açılmasına və təbliğinə effektli kömək göstərir. Namazəli Mustafayev qeyd etdi ki, təqdim edilən sayt rəhbərlik etdiyi QHT-nin 2008-2010-cu illərdəki fəaliyyəti haqqında elektron informasiya materiallarını əks etdirir. Zəngin informasiya materialına malik sayt QHT idarə heyətinin üzvləri və təcrübəli mütəxəssis-dizaynerlər tərəfindən hazırlanmışdır.
QHT sədrinin sözlərinə görə, sayt ictimai birlik, idarə heyətinin bəzi üzvləri, 2009-cu ilin Prezident İlham Əliyev tərəfindən "Uşaq ili" elan edilməsi ilə bağlı Azərbaycanın əməkdar rəssamı Rafael Muradovun iştirakı ilə "Azərbaycan xalq nağılları uşaqların təsviri sənət nümunələrində" layihəsi haqqında 8 bölmədən ibarətdir. Saytın bölmələrində istedadlı uşaqlara və yeniyetmələrə - gənc rəssamlara, onların yaradıcılıq potensialının üzə çıxmasına, təsviri incəsənətin sirlərini öyrənməsinə, Rəssamlar İttifaqının V.Səmədova adına şəkil qalereyasında təşkil olunmuş "Mənim sevimli nağılım" sərgi salonunda uşaqların iştirakına kömək etmiş müəllimlərinə xüsusi diqqət ayrılıb. Bölmələrdən biri isə məşhur rəssamların, alimlərin, təcrübəli pedaqoqların istedadlı uşaqlar və yeniyetmələr haqqında fikirlərinə həsr olunub. Saytın səhifələrində, eyni zamanda, gənc istedadların "Şöhrət" ordenli xalq rəssamı Toğrul Nərimanbəyovla görüşünə həsr olunmuş materiallar yerləşdirilib. Əhəmiyyətli bölmələrdən biri də KİV-lərin - "AzərTAc"ın, qəzet və jurnalların QHT haqqında informasiyalarının icmalına həsr olunub.
Tədbirdə "Azərbaycan nağılları uşaqların təsviri sənət nümunələrində" layihəsində fəal iştirak etmiş gənc rəssamlara "İnkişaf və Dünya" QHT-nin diplomları təqdim edilib. Bunlar 159 saylı orta məktəbin 8-ci sinif şagirdi Mənsurə Əliyeva, 82 saylı orta məktəbin 9-cu sinif şagirdi İlkin Cəfərov, 81 saylı məktəbin 8-ci sinif şagirdi Pərvin Mustafayev və Tahir Tahirov adına 23 saylı məktəbin 5-ci sinif şagirdi Tamerlan Xəlilislamovdur. "Məlikməmməd" nağılının motivləri əsasında illüstrasiyalarını təqdim etmiş gənc istedadlı rəssamlardan 12 yaşlı Əliyar Abdullayevin (müəllimi Rəssamlar İttifaqının üzvü Tofiq Məmmədov), 16 yaşlı Fərid Əhmədovun (müəllimi Rəssamlar İttifaqının üzvü Elnurə Qocayeva) əsərləri də iştirakçıların diqqətini cəlb edib. Onlar da QHT-nin diplomları ilə təltif edilib. Sonda Namazəli Mustafayev tədbirin keçirilməsinə dəstək verənlərə minnətdarlığını bildirib.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında