Zəlzələ bölgəsində indiyədək 3386 evə baxış keçirilmişdir

Respublikamızın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın miqyasının araşdırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyi, habelə rayonların fövqəladə hallar komissiyaları və aidiyyəti qurumlar tərəfindən zərər çəkmiş ərazilərdə monitorinqlər davam etdirilir.
FHN-in Zaqatala şəhərində yaradılmış operativ qərargahından bildirmişlər ki, komissiyalar tərəfindən bugünədək 3386 evə baxış keçirilmişdir. Məlum olmuşdur ki, zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında ümumilikdə 958 ev tam qəzalı vəziyyətə düşmüş, 654 evin bərpa və gücləndirməyə, 1082 evin isə təmirə ehtiyacı vardır. Baxış keçirilmiş 692 evin vəziyyəti qənaətbəxş hesab olunmuşdur.
O cümlədən, Zaqatala rayonu üzrə qəzalı vəziyyətə düşmüş evlərin sayı 704, bərpa və gücləndirmə tələb olunan evlərin sayı 445, təmirə ehtiyacı olan evlərin sayı isə 758 olmuşdur.
Hazırda zərər çəkmiş ərazilərdə monitorinqlər davam etdirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq, fəlakət bölgəsində aparılan araşdırmalar başa çatan kimi təcili surətdə evlərin sökülməsi və yenilərinin tikintisinə başlanılacaqdır. Bu məqsədlə zəlzələdən daha çox zərər çəkmiş yaşayış məntəqələrinin yaxınlığında inşaat materiallarının toplanması və saxlanması üçün tikinti şirkətlərinə müvafiq yerlər ayrılmışdır. Hazırda bu ərazilərə ölkənin hər yerindən inşaat materialları daşınır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında