Xəzər rayonunda Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib

Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Günü münasibətilə Buzovna qəsəbəsindəki 234 saylı orta məktəbdə "Erkən nikahlar" mövzusunda gənc ailələrlə "dəyimi masa" keçirilib.
Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, rayonun qeydiyyat şöbəsinin məsləhətçisi İradə Kazımova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin meneceri Nigar Əliyeva və başqaları iştirak etmişlər.
"Dəyirmi masa"da erkən nikahın ailədə bir sıra problemlər yaratdığı barədə diskussiya aparılıb, belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi halların daha çox müşahidə olunduğu barədə fikirlər səsləndirilib. Gənc ailələrlə "dəyirmi masa"da erkən nikahların fəsadları haqqında, qan qohumluğunun zərərli təsirləri barədə maarifləndirici məlumatlar verilib, erkən nikahın səbəbləri araşdırılıb. Eyni zamanda müəyyən səbəblərdən ortaya çıxan problemlər və onların qarşısının alınması üçün bir sıra təkliflər verilib.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında