Böyük Vətən müharibəsində Qələbə qazanılmasında Azərbaycanın roluna həsr edilmiş konfrans

 İyunun 5-də Bakıda "Böyük Vətən müharibəsində Qələbədə Azərbaycanın rolu və əhəmiyyəti. Həmvətənlər təşkilatlarının Qələbənin 65 illiyinin bayram edilməsi ilə əlaqədar fəaliyyəti" mövzusunda konfrans keçirilmişdir.
Konfrans Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Rusiyanın Azərbaycandakı həmvətənlərinin Əlaqələndirmə Şurası və respublika "Tuqan tel" Tatar Mədəniyyəti Cəmiyyəti tərəfindən təşkil edilmişdir. Rusiyanın Azərbaycandakı həmvətənlərinin əlaqələndirmə şurasının sədri, respublika "Tuqan tel" Tatar Mədəniyyəti Cəmiyyətinin sədri Gülcan Myasoutova tədbiri açaraq, ölkəmizin Böyük Qələbəni yaxınlaşdırmaq üçün bütün qüvvəsini səfərbər etdiyini vurğulamışdır. Onun sözlərinə görə, Azərbaycandakı rusiyalı həmvətənlər təşkilatlarının hamısı bayram tədbirlərinin hazırlanmasında və keçirilməsində fəal iştirak etmişdir.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin vurğulamışdır ki, Böyük Vətən müharibəsi cəbhələrində Azərbaycanın 600 mindən çox övladı döyüşmüş, onların 300 min nəfəri cəbhədən qayıtmamış, 121 nəfər həmin döyüşlərdə göstərdiyi şücaətə və igidliyə görə yüksək ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Azərbaycanın yüz minlərlə oğlu və qızı orden və medallarla təltif edilmişdir. Azərbaycan xalqı haqlı olaraq öz qəhrəman övladları ilə fəxr edir.
Diplomat qeyd etmişdir ki, müharibədə çoxmillətli sovet xalqı qalib gəlmişdir, Qələbənin qazanılmasında Bakı neftinin çox böyük rolu olmuşdur. O, Qələbənin 65 illiyi ilə əlaqədar bayram şənliklərində rusiyalı həmvətənlər təşkilatlarının istisnasız olaraq hamısının fəal iş apardığını razılıq hissi ilə vurğulamışdır.
RF XİN-in Həmvətənlərlə İş üzrə Departamentinin direktoru Aleksandr Çepurin MDB ölkələrində rusiyalı həmvətənlər təşkilatlarının fəaliyyətindən söhbət açaraq qeyd etmişdir ki, onlar Rusiya mədəniyyətinin, Rusiyanın mənəvi dəyərlərinin təbliği üzrə mühüm iş aparırlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında