"Odlar yurdu Azərbaycana xoş gəlmisiniz!"

Almaniyanın NDR radiosunun internet saytında Birgit Vetselin "Odlar yurdu Azərbaycana xoş gəlmisiniz! Azərbaycan "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlaşır" sərlövhəli materialı dərc olunmuşdur. 
AzərTAc həmin materialı təqdim edir.
"Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanın paytaxtı Bakıya sanki yeni bir nəfəs gətirir - desək, yanılmarıq. Mayın 26-da beynəlxalq mahnı müsabiqəsinin final yarışmasının iştirakçıları "Baku Crystal Hall"un səhnəsinə çıxacaqlar.
Bakıda "Eurovision-2012" Mahnı Müsabiqəsinə artıq start verilmişdir. Hazırda iştirakçı ölkələrin nümayəndələri məşqlər keçirirlər.
Azərbaycanın hər yerində, xüsusilə paytaxt Bakıda nikbinlik ovqatı yaşanır. Paytaxtın, demək olar ki, hər bir nöqtəsində genişmiqyaslı abadlıq işləri aparılmışdır. Xüsusilə gənclər bu böyük hadisənın həyəcanlı anlarını - televiziya ilə bütün dünyaya yayımlanacaq bu böyük şounu səbirsizliklə gözləyirlər. "Eurovision-2012" Mahnı Müsabiqəsindən sonra da neft və qaz ehtiyatları Azərbaycanın iqtisadi inkişafını irəli aparmaqda davam edəcəkdir.
Bakı şousunda Almaniyanı Roman Lob təmsil edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında