"Euronews" telekanalı Bakıda keçiriləcək "Eurovision-2012" Mahnı Müsabiqəsindən bəhs edən xüsusi reportaj yayımlamışdır

"Öz məşəlini alovlandır!"

"Euronews" telekanalı cəmi bir həftədən sonra Bakıda başlayacaq "Eurovision-2012" Mahnı Müsabiqəsinə hazırlığın son mərhələsindən bəhs edən xüsusi reportaj yayımlamışdır.
Telereportajda ötən il Azərbaycanın Ell&Nikki duetinin qalib gəlməsindən, şouya son texniki hazırlığın gedişindən, habelə müsabiqənin ölkə və bütövlükdə dünya üçün əhəmiyyətindən söhbət açılır.
Reportajda deyilir: "Nigar Camal əvvəllər ifaçılıq karyerası barədə düşünmürdü. Eldar Qasımov (Ell) isə əksinə, qələbə qazanmaq üçün iştirak edirdi".
Eldarın sözlərinə görə, sənətçi ailəsindən olması artistlik karyerasına çox kömək edir. O, "Euronews"un müxbirinə müsahibəsində demişdir: "Mahnı ifa etmək bir aktyorun teatrını oynamaq deməkdir".
Reportajda daha sonra deyilir: "Bakı qədim şəhərdir. Həqiqətən dünya miqyasında konsert üçün yer inşa etmək məqsədi ilə ərazi tapmaq o qədər də asan deyildir. Lakin konsert salonu ucaltmaq üçün mühəndis, memar və inşaatçılara bir il tələb olunmuşdur. Baş podratçı Almaniyanın iri "Nüssli International AG" mühəndis-inşaat şirkətidir".
Tədbirin əlaqələndiricisi Sittse Bakker "Euronews" telekanalına müsahibəsində demişdir: "Avropa Yayımları Birliyinin üzvü olan ölkələrin birinci "Eurovision" mahnı yarışması 1956-cı ildə keçirilmişdir. Müsabiqədə qalib gəlməsi Fransa müğənnisi Frans Qall üçün mərhələ rolunu oynamış, "ABBA" qrupuna misli görünməmiş şöhrət qazandırmışdır. Yarışma yeddi saat yarım davam edir və birbaşa efirdə yayımlanır. Bu, təkcə Avropa üçün böyük hadisə deyildir. Ona bütün dünya tamaşa edir. Yarışma texniki baxımdan Olimpiya oyunlarının və ya futbol çempionatlarının yayımlanması ilə müqayisə edilməlidir".
Layihənin rəhbəri Yon Ola Sandın sözlərinə görə, müsabiqəni təşkil edərkən, yerli adətlərə, iş üsuluna, mədəniyyətə uyğunlaşmaq lazımdır. O demişdir: "Nəyin və necə edilməsi barədə öz təsəvvürlərini qəbul etdirməkdənsə, belə bir üsulu daha səmərəli görürəm".
"Euronews"un məlumatına görə, müsabiqənin təxmini teleauditoriyası azı 300 milyon tamaşaçı təşkil edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında