Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında iştirak edəcəkdir

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin mayın 16-dan 25-dək Londonda keçiriləcək 90-cı sessiyasında iştirak etmək üçün bu şəhərə yola düşmüşdür.
ARDDA-nın mətbuat xidmətindən bildirmişlər ki, dənizdə təhlükəsizliyin artırılması ilə bağlı tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, Uzaq Məsafədən Tanınma və İzləmə sistemi (UMTİ/LRİT) ilə əlaqədar məsələlər, dövlət bayraq nəzarəti, radio əlaqə, naviqasiya təhlükəsizliyi, "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyanın tətbiqi və s. kimi məsələlər sessiyanın gündəliyində duran əsas məsələlərdir.
Eyni zamanda, sessiyada son dövrlərdə beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə bağlı görülmüş işlər, hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi məqsədi ilə müvafiq müzakirələr aparılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında