İslam Əməkdaşlıq Təşkilatı tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmalarına şərait yaradılmasını tələb edən sənəd qəbul olunmuşdur

Mayın 11-12-də Aşqabadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) "Müsəlman dünyasında qaçqınlar" adlı nazirlər səviyyəsində keçirilmiş beynəlxalq konfransında yekun bəyannamə qəbul olunmuşdur.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirmişdir ki, "Aşqabad bəyannaməsi" adlanan sənədin 9-cu bəndi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdur. Həmin bənddə vurğulanmışdır ki, İƏT Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə 10/38-POL saylı qətnamə qəbul edilmişdir.
Sənəddə deyilir: "Bu kontekstdə biz bir milyondan artıq azərbaycanlı qaçqının və məcburi köçkünün - Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətrafındakı işğal olunmuş ərazilərdən qovulmuş əhalinin vəziyyəti, bu humanitar problemlərin ölçüləri və kəskinliyinə dair dərin narahatlığımızı ifadə edirik. Biz azərbaycanlı qaçqınların və qovulmuş əhalinin təhlükəsizliyi, şərəf və ləyaqətləri təmin edilməklə öz evlərinə qayıtmaları üçün şərait yaradılmasını tələb edir və bu məqsədlə Azərbaycan hökuməti və xalqının göstərdiyi səylərə verilən dəstəklə tam şərikliyimizi bir daha təsdiq edirik. Bu baxımdan, biz İƏT, BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tam şəkildə icrasını qətiyyətlə tələb edirik".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında