Azərbaycan "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Üçüncü Əlavə Protokolu imzalamışdır

Avropa Şurası (AŞ) tərəfindən təslimetmə prosedurunu sadələşdirən "Ekstradisiya haqqında" Avropa Konvensiyasına Üçüncü Əlavə Protokol hazırlanaraq imzalanması üçün açıq elan olunmuşdur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin sənədi Azərbaycan dövləti adından imzalamaq üçün səlahiyyət verilmiş ədliyyə naziri Fikrət Məmmədov bununla əlaqədar mayın 14-də Strasburqa səfər edib. AŞ Baş katibi Turbyorn Yaqland, baş katibin müavini Mod De Bur-Bukikkio və digər məsul şəxslərin iştirakı ilə həmin protokolun imzalanma mərasimi keçirilib. Mərasimdən sonra F.Məmmədov T.Yaqlandla görüşüb.
Görüşdə Azərbaycanda həyata keçirilən islahatlar, AŞ ilə əməkdaşlıq, o cümlədən məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən işlər qeyd olunub. Söhbət zamanı həmçinin, qanunvericiliyin təkmilləşdirilməsi, mətbuat azadlığının və vətəndaş cəmiyyətinin inkişafı məsələləri barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri Nikolas Bratsa ilə görüş keçirilib. Görüşdə Avropa Məhkəməsinin qərarlarının icrasına mühüm önəm verilərək bu sahədə görülən işlər vurğulanıb. Azərbaycanın problemli ölkələr sırasında olmadığını bildirən sədr insan hüquqları sahəsində Azərbaycanda qəbul olunmuş Milli Fəaliyyət Proqramının əhəmiyyətini qeyd edib.
Görüşdə Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev də iştirak edib.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında