Şamaxıda Azərbaycan-Türkiyə qardaşlıq meşəsinin təməli qoyulmuşdur

İyunun 5-də ötən əsrin əvvəllərində ölkəmizi ermənilərin təcavüzündən xilas edərkən qəhrəmancasına həlak olmuş və şəhid olduğu Şamaxı ərazisində torpağa tapşırılmış türk əsgərinin məzarının ətrafında Azərbaycan-Türkiyə qardaşlıq meşəsinin təməli qoyulmuşdur.
Xatirə meşəsinin girişində şəhid türk əsgərinin xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur.
Açılışdan sonra meşədə şam ağacları əkilmişdir.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirmişdir ki, 2000-ci il mayın 19-da Şamaxıda 1918-ci ildə ermənilər tərəfindən soyqırımına məruz qalmış azərbaycanlılara köməyə gələn xilaskar Qafqaz İslam Ordusunun bu bölgədə şəhid olan qəhrəman əsgərinin xatirəsinə abidə ucaldılmışdur. Şəhid zabit öz vəsiyyəti ilə döyüş vaxtı vurulduğu yerdə torpağa tapşırılmışdır. Qəhrəman türk əsgərinin məzarı azərbaycanlı qardaşlarımız tərəfindən ən müqəddəs bir abidə kimi bu günədək qorunub saxlanılmışdır. Azərbaycanlı qardaşlarımızın çətin günündə onların köməyinə gəlmiş, Azərbaycanın xilası uğrunda canını qurban vermiş türk əsgərlərinin bu torpaqlarda göstərdikləri fədakarlığın unudulmaması və daim yad edilməsi təqdirəlayiqdir.
Səfir vurğulamışdır ki, Prezident İlham Əliyev 2010-cu ili "Ekologiya ili" elan etmişdir. Biz bunu əsas götürərək Türkiyə səfirliyi adından qəhrəman türk əsgərinin uyuduğu ərazini yaşıllaşdırmaq məqsədi ilə qardaşlıq meşəsinin salınması barədə fikrimizi Prezident İlham Əliyevə çatdırdıq və ondan dəstək aldıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunun üçün lazımi dəstəyi verdi və bu gün də bizimlə birgə bu tədbirdə iştirak edir. Hamımız birgə qardaşlıq meşəsinin əsasını qoyuruq.
Türkiyəli diplomat diqqətə çatdırmışdır ki, Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində önəmli addımlar atmaqdadır. Biz sağlamlığımıza bu qədər fayda verən, ölkə iqtisadiyyatında önəmli yeri olan meşələri qorumalıyıq. Birlikdə əl-ələ verərək əkdiyimiz bu ağacların Türkiyə və Azərbaycanın birliyi və həmrəyliyi qədər köklü və ulu olmasını arzu edirəm.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında