Avropa Komissiyası Azərbaycan üzrə inkişaf haqqında illik hesabatını açıqlamışdır

Mayın 15-də Avropa Komissiyası "Avropa Qonşuluq Siyasəti" çərçivəsində Azərbaycan üzrə inkişaf haqqında illik hesabatını dərc etmişdir.
AzərTAc Avropa İttifaqının (Aİ) rəsmi saytına istinadla xəbər verir ki, sənəddə 2011-ci il ərzində Azərbaycan ilə Aİ arasında əməkdaşlığın əsas məqamları və Avropa İttifaqının müxtəlif sahələrə dair tövsiyələri əksini tapmışdır.
Sənəddə vurğulanır ki, Azərbaycanın inkişafı davam edir. Ölkənin makroiqtisadi sabitliyi qorunub saxlanılmış, yoxsulluq həddi aşağı düşməkdə davam edir və iqtisadiyyat şaxələndirilir.
Hesabatda qeyd olunur ki, ATƏT-in Minsk qrupu çərçivəsində 2011-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar əhəmiyyətli nəticələr verməmişdir. Təmas xəttində gərginliyin artması fonunda vasitəçilik səyləri atəşkəs haqqında sazişin pozulması hallarının araşdırılmasında irəliləyişə gətirib çıxarmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında