Zəlzələ bölgəsinə daha 1100 çadır gətirilmişdir

Mayın 7-də ölkənin şimal-qərb bölgəsində baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Mayın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala şəhərində yaradılmış operativ qərargahına zəlzələdən zərər çəkmiş ailələrin yerləşdirilməsi üçün əlavə olaraq 1100 çadır gətirilmişdir.
Qərargahdan bildirmişlər ki, ümumiyyətlə, zəlzələ baş verdiyi gündən indiyədək operativ qərargaha 4274 çadır daxil olmuş, onlardan 3129-u zərər çəkmiş ailələrə paylanmışdır. O cümlədən, Zaqatala rayonu üzrə 2231, Qax rayonu üzrə 856, Balakən rayonu üzrə 20 çadır paylanmış, 22 çadır isə digər məqsədlər üçün istifadə edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında