BMT Təhlükəsizlik Şurası Konqo Respublikasında sülhməramlı qüvvələrə hücum edilməsini pisləmişdir

Konqo Demokratik Respublikasında beynəlxalq sülhməramlı missiyaya hücum edilmişdir. Bununla əlaqədar bazar ertəsi Təhlükəsizlik Şurasının sədri Aqşin Mehdiyevin (Azərbaycan) bəyanatı dərc edilmişdir. Bəyanatda bildirilir ki, hücum nəticəsində 11 pakistanlı əsgər ciddi yaralanmışdır.
Hadisə mayın 14-də Cənubi Kivu əyalətinin Bunyakiri rayonunda baş vermişdir.
BMT-nin Konqodakı missiyasının yaydığı məlumata görə, təxminən min nəfərlik kütlə sülhməramlı missiyanın üzvlərini daşqalaq etmişdir. Nəticədə missiya üzvlərindən yeddi nəfər güllə yarası almış, daha dörd nəfərə daşla xəsarət yetirilmişdir.
A.Mehdiyevin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası Konqoda təhlükəsizlik sahəsində şəraitin və humanitar vəziyyətin pisləşməsindən ciddi narahatlıq keçirir. Şuranın üzvü olan ölkələr Konqo hökumətini bu hücumu təşkil edənlərin tezliklə qanun qarşısında cavab vermələrinə nail olmağa çağırmışlar.
BMT-nin Konqoda vəziyyəti sabitləşdirmək üzrə missiyası 1999-cu ildən fəaliyyət göstərir. Hazırda bu ölkədə 19 min nəfərə yaxın sülhməramlı hərbi qulluqçu vardır. Onlar Konqoda vətəndaş müharibəsindən və son 40 ildə ilk dəfə 2006-cı ildə keçirilmiş seçkilərlə əlaqədar kulminasiya nöqtəsinə çatmış hərc-mərclikdən sonra ölkədə sabitlik yaradılmasına xidmət edirlər.
Konqonun şərqində döyüşlər hələ də davam edir. Sülhməramlı korpus da bu bölgədə yerləşir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında