Almaniya Xarici İşlər Nazirliyində Azərbaycana həsr olunmuş tədbir keçiriləcək

Almaniya Xarici İşlər Nazirliyində "Səhnə arxasındakı Azərbaycan" adlı tədbir keçiriləcək.
Almaniya Xarici İşlər Nazirliyi, Alman Jurnalistlər Birliyi və Almaniyada N. Gəncəvi adına Mədəniyyət İnstitutu tərəfindən mayın 23-də təşkil olunacaq tədbir "Eurovison-2012" mahnı müsabiqəsinə həsr olunub.
Tədbirdə Alman Jurnalistlər Birliyinin (Berlin) sədri Bernd Lammel Azərbaycana səfər təəssüratlarından danışacaq, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ölkədə mətbuatın hazırkı vəziyyəti, jurnalist Faina Hənifəyeva gənc qadın jurnalistlərin cəmiyyətdə yeri və fəaliyyəti mövzusunda çıxış edəcək, N. Gəncəvi adına Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi isə ilk dəfə olaraq alman dilinə çevirmiş olduğu "Azərbaycanın minillik məhəbbət poeziyası" antologiyasından şeirlər oxumaqla yanaşı, alman ictimaiyyətinə və mətbuat nümayəndələrinə Azərbaycanın mədəniyyət və ədəbiyyat tarixindən söhbət açacaq.
Tədbirdə Almaniyanın məşhur jurnalisti Dr. Frank Überall aparıcılıq edəcək.
N. Gəncəvi adına Mədəniyyət İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da dəvət olunub.
Azərbaycanın mədəniyyətini, tarixini, bugününü daha yaxından tanıtmaq məqsədilə təşkil edilmiş tədbirə Almaniyanın mədəniyyət, siyasət və mətbuat xadimlərinin qatılacağı gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında