Binəqədi rayonunda Beynəlxalq Ailə Günü qeyd edilmişdir

Binəqədi rayonunda 15 May - Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilmişdir.Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək insan həyatının ailədən başladığını və buradan onun bir vətəndaş kimi formalaşdığını diqqətə çatdırdı. Daha sonra natiq Azərbaycan ailəsinin öz iradəsi, mərdliyi, saflığı ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynadığını, ailənin firavanlığının və xoşbəxtliyinin ölkənin tərəqqisinin əsas göstəricisi olduğunu bildirdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin üzvü Sədaqət Vəliyeva, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova, rayondakı 11 saylı uşaq poliklinikasının baş həkimi, YAP rayon təşkilatı qadınlar şurasının sədri Məlahət İbrahimova, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) şöbəsinin rəisi Tavat İsmayılova, rayon Veteranlar Şurasının məsul katibi Sona Bəxşəliyeva ailənin cəmiyyətin əsas təsisatlarından biri kimi bəşəri dəyərlərin, mədəniyyətin və nəsillərin tarixi varisliyinin qoruyucusu, sabitlik və inkişafın amili olduğunu, 1993-cü ildə bu əlamətdar günün BMT Baş Assambleyası tərəfindən təsis edilməsində əsas məqsədin diqqəti müxtəlif ölkələrin çoxsaylı ailə problemlərinə yönəltməkdən ibarət olduğunu vurğuladılar.
Sonda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Biləcəri sakini, üçəm uşaq anası Elnarə Əhmədovanın, Qarabağ müharibəsi veteranı Sarvan və Sevinc Hüseynovların ailələrinə və 82 yaşlı həkim Sona Bəxşəliyevaya mükafatlar təqdim olundu.
V.BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında