Heydər Əliyev ideallarına sədaqət nümunəsi

Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə dünyaya bəxş etdiyi nadir şəxsiyyətlərdəndir. Gənclik illərində dövlət təhlükəsizlik orqanlarında çalışaraq böyük təcrübə toplayan, sosialist cəmiyyətinin anatomiyasına dərindən bələd olan Heydər Əliyev tezliklə həm rütbə, həm də nüfuz etibarı ilə yüksələrək Sovet dövlətinin rəhbərlərindən birinə çevrilir. 1969-cu ildən başlayaraq Azərbaycana rəhbərlik etdiyi illərdə özünün qətiyyəti, prinsipiallığı, idarəçilik səriştəsi, xalqı və ölkənin maddi ehtiyatlarını səfərbər etmək qabiliyyəti ilə SSRİ rəhbərlərini heyran qoyur. Beləliklə, şəxsən Y. V. Andropovun təkidi ilə Heydər Əliyev Moskvaya, Sovet dövlətinin rəhbərliyinə gətirilir. Çox-çox sonralar bəlli oldu ki, sən demə, bu, əslində rəsmi Moskvanın çökmək ərəfəsində olan imperiyanı xilas etmək cəhdlərindən biri imiş.

{nl}

Heydər Əliyev Moskvada da özünün tükənməz enerjisi və işgüzarlığı ilə digər hökumət rəhbərlərindən seçilirdi. Bunun nəticəsidir ki, qısa zaman kəsiyində onun nəzarətində olan sahələrdə nizam-intizam möhkəmləndi, istehsalat və xidmət göstəriciləri sürətlə yaxşılaşmağa başladı. Əfsuslar olsun ki, onun bu uğurları, dövlət xadimi kimi nüfuzunun durmadan artması, başda M.Qorbaçov olmaqla, Kreml rəhbərlərini və onların erməni dəmtutanlarını getdikcə daha artıq qıcıqlandırırdı. Beləliklə, Heydər Əliyevin hakimiyyətin zirvəsinə doğru gedən yolunun qarşısını kəsmək üçün Moskvada və erməni diasporunun güclü olduğu digər mərkəzlərdə çirkin planlar qurulurdu. Təəssüf ki, "sapı özümüzdən olan bəzi baltalar"da bu oyunlara cəlb olunmuşdu. Nəticə etibarı ilə bir para naqiş insan öz kreslosunu qorumaq xatirinə Heydər Əliyevi güdaza verdi. Amma Heydər Əliyevin misilsiz xidməti və zəhməti olan bu dövlətin başında durmaq onlara da nəsib olmadı. Yəni, əslində Heydər Əliyevin siyasi arenadan getməsi ilə sovet dövləti də çökdü, onun yerində yeni-yeni müstəqil dövlətlər yarandı.

{nl}

Heydər Əliyev hakimiyyətdən kənarlaşdırılsa da, xalqdan ayrı düşmədi. Qədirbilən xalqımız siyasi burulğanların tüğyan etdiyi ən çətin məqamlarda belə öz liderini hər cür təhlükələrdən qorumağı bacardı və onu yenidən siyasi hakimiyyətin zirvəsinə gətirdi.

{nl}

Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın sosial-iqtisadi, hərbi, siyasi və mədəni həyatının son dərəcə böhranlı bir dövründə baş verdi. O günlər, sözün tam mənasında, bir dövlət olaraq Azərbaycanın taleyinin həll olunduğu günlər idi. Dünyanın böyük güc mərkəzləri növbəti dəfə Azərbaycanı parçalamaq, bir dövlət olaraq onun varlığına vermiş olduqları xitam qərarını reallaşdırmaqda idilər.
Bir tərəfdən böyük güc mərkəzlərinin silahlandıraraq üstümüzə qısqırdığı Ermənistanla müharibə, bəzi bölgələrdə baş qaldıran separatizm meyilləri, bunlarla eyni vaxtda daxili siyasi qüvvələrin parçalanaraq ölkəni vətəndaş müharibəsi həddinə çatdırması - 90-cı illərin əvvəllərində Azərbaycanda real durum məhz bu cür idi. Belə bir ekstremal şəraitdə ölkəni düçar olduğu böhranlı vəziyyətdən xilas etməyin yeganə düzgün yolunu xalq özü müəyyən etdi. Məhz xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev səbrlə, təmkinlə, özünün siyasi təcrübəsi, dövlət idarəçiliyi səriştəsi və son dərəcə incə diplomatik manevrləri sayəsində qısa zaman kəsiyində ölkədə vətəndaş həmrəyliyinə, cəbhədə atəşkəsə və nəhayət, separatçı ünsürlərin bir-birinin ardınca ifşa olunmasına nail oldu. "Əsrin müqaviləsi" imzalandı, Azərbaycan Avropa və Asiyanı birləşdirən fəal nəqliyyat dəhlizinə çevrildi. Bu isə o demək idi ki, həmin layihələrdə iştirak edən dövlətlər, ən azı, indən belə Azərbaycanda davamlı siyasi sabitlik olmasında maraqlı olacaqdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında