Şriftin ölçüsü:
15.05.2012 04:44 | Oxunma sayı: 516
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 2012-ci il mayın 10-da "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli "Xüsusi qorunan su obyektlərinin kateqoriyalara aid edilməsi Qaydası"nda dəyişikliklər edilməsi barədə", "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli qərarı ilə təsdiq edilmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə", "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 yanvar tarixli qərarı ilə təsdiq edilmiş "Suların dövlət uçotunun Qaydası"nda dəyişikliklər edilməsi barədə", "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları"nda dəyişikliklər edilməsi barədə", "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nda dəyişiklik edilməsi barədə", "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli qərarı ilə təsdiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nda dəyişiklik edilməsi barədə" qərarlar qəbul etmişdir.
Nazirlər Kabineti, həmçinin "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 noyabr tarixli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə", "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Suların vəziyyətinə təsir edən müəssisələrin, qurğuların və digər obyektlərin tikiləcəyi yerlərin müəyyənləşdirilməsi və onların tikinti layihələrinin razılaşdırılması, onların dövlət ekspertizası və istismara verilmə Qaydaları"nda dəyişikliklər edilməsi barədə", "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda dəyişiklik edilməsi barədə", "Dövlət su kadastrının aparılması qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 5 dekabr tarixli qərarında dəyişikliklər edilməsi barədə", "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə", "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə", "Azərbaycan Respublikasının su qanunvericiliyi ilə bağlı bəzi qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli qərarında dəyişikliklər edilməsi barədə" də qərarlar qəbul etmişdir.
Mayın 10-da "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 mart tarixli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə "Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli qərarında dəyişiklik edilməsi barədə", həmçinin "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli qərarında dəyişiklik edilməsi barədə" də qərarlar qəbul olunmuşdur.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda, həmçinin AzərTAc-ın www.azertag.com internet resursunda tanış olmaq mümkündür.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.