İstanbulda Asiyada əməkdaşlıq və etimad yaratma tədbirlərinə dair konfransın III zirvə görüşü keçiriləcəkdir

İyunun 7-9-da İstanbuldakı "Çırağan" sarayında Asiyada əməkdaşlıq və etimad yaratma tədbirlərinə dair konfransın (CİCA) III zirvə görüşü keçiriləcəkdir.
Türkiyə Prezidenti Abdullah Gülün sədrliyi ilə keçiriləcək toplantı ilə bağlı "Cəvahir Qrand" hotelində CİCA-ya sədrlik edən Qazaxıstanın Türkiyədəki səfiri Baqdat Amreyev, CİCA-nın icraçı direktoru Dulat Bakişev və Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şənsoy mətbuat konfransı keçirmişlər.
Bildirilmişdir ki, CİCA 1992-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmışdır. Dövlət və hökumət başçılarının iştirak edəcəyi zirvə toplantısında sədrlik Qazaxıstandan Türkiyəyə keçəcəkdir.
Zirvə toplantısından əvvəl alimlərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin və siyasi ekspertlərin iştirakı ilə V Beynəlxalq Türk-Asiya Konqresi keçirilmişdir. Burada qəbul olunan qərarlar dövlət başçılarının müzakirəsinə təqdim olunacaqdır. Əsas müzakirə mövzuları isə təhlükəsizlik və əməkdaşlıq məsələləridir. CİCA-ya sədrlik edəcək Türkiyə qarşıdakı müddətdə bütün Asiya ölkələri ilə birlikdə təhlükəsizlik üçün siyasi və hərbi tədbirlərin gücləndirilməsi üzərində iş aparılmasını nəzərdə tutur.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında