Azərbaycan dövləti zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün bütün tədbirləri görür

Ölkənin şimal-qərb bölgəsindəki zəlzələdən dərhal sonra Azərbaycan Prezidentini və nazirləri hadisə yerində görən sakinlər yaranmış problemlərin tezliklə həll ediləcəyinə bir daha əmin oldular

{nl}

Qısa müddət ərzində bundan da yaxşı evlər tikiləcəkdir. Məktəblər, sosial obyektlər dağılıb. Onlar da bərpa ediləcəkdir. İndi ərzaq təchizatı, tibbi xidmət vacib məsələlərdəndir. Göstəriş vermişəm, bu məsələlərə də baxılacaqdır... Elə etməliyik ki, insanlar əziyyət çəkməsinlər.
(Prezident İlham Əliyevin mayın 9-da Zaqatalanın Gözparaq kəndinin sakinləri ilə görüşdə çıxışından)

{nl}


"Azərbaycan dövlətinin istənilən təbii fəlakət zamanı göstərdiyi çevikliyə, fəsadların aradan qaldırılıması üçün nümayiş etdirdiyi operativliyə, Prezidentin dərhal zərər çəkmiş insanların yanında olmaq istəyinə bəlkə də regionun heç bir ölkəsində rast gəlmək mümkün deyil.
Bu, bilirsinizmi nə üçün belədir? Çünki bizim dövlətə Heydər Əliyev kimi idarəetmə dahisinin layiqli davamçısı rəhbərlik edir. Mənim yaxşı yadımdadır. Ulu öndərimiz SSRİ-nin rəhbərlərindən biri olarkən, o boyda ittifaqın istənilən nöqtəsində baş vermiş təbii və ya texnogen fəlakətləin nəticələrinin aradan qaldırılması üçün dərhal hadisə yerinə yollanırdı.
Azərbaycan xalqı bir neçə il qabaq Lənkəranda çoxmərtəbəli yaşayış binasının uçması zamanı, iki il öncə Kür çayının daşması nəticəsində Muğanda baş vermiş subasmaların böyük dağıntılara səbəb olduğu günlərdə ulu öndər Heydər Əliyevin həmin keyfiyyətləri Prezident İlham Əliyevdə də gördü. Həm Lənkəranda, həm də Muğanda baş vermiş fəlakətlərdən dərhal sonra Prezident İlham Əliyev hadisə yerində idi. Hətta Kürün daşmasından sonra Muğanda dövlət başçısının rəhbərliyi ilə səyyar müşavirə də keçirilmişdi. Bu gün isə - zəlzələ nəticəsində şəxsi əmlakına külli miqdarda zərər dəymiş Zaqatala, Qax və Balakən sakinləri ağır günlərində Prezidenti öz kəndlərində, məhəllələrində gördülər, ona problemləri barədə kifayət qədər danışdılar. Bu, təkcə dövlətin iqtisadi cəhətdən qüdrətli olmasının nəticəsi deyildi. O qədər qüdrətli dövlətlər var ki. Bu, liderin daim xalqla bir olmaq kimi şəxsi keyfiyyətinin təzahürüdür. Məhz bu keyfiyyətlərinə görə sadə azərbaycanlı İlham Əliyevi ikinci dəfə prezident seçdi. İnanın, xalq həmişə onu dəstəkləyəcək və ardınca gedəcək".
Bu fikirləri Zaqatala rayonundakı Aşağı Çardaqlar kənd orta məktəbinin direktoru Gülafət Əlixanova söylədi. Sadə kənd müəlliminin ölkədə gedən ictimai-siyasi prosesləri, xalq-lider- münasibətlərini bu şəkildə qiymətləndirməsi çox maraqlı idi. Ancaq Zaqatalada görüb-eşitdiyimiz ən maraqlı məqam Prezidentin zəlzələdən sonra bölgəyə gəlib, insanlarla görüşməsinin yaratdığı psixoloji atmosfer idi. İllər boyu min bir əziyyətlə tikib-qurduğu ev-eşiyi dağılmış insanların əhval-ruhiyyəsinin, psixoloji durumunun hansı vəziyyətdə olduğunu söyləməyə nə ehtiyacı var? Hamı bu zərəri necə aradan qaldıracağını, ailəsini, uşağını öz evinə necə, haçan yığacağını düşünürdü.
Özü də belə suallar qarşısında qalanlar beş, on və ya yüz nəfər yox, üç mindən çox evin sahibi, çoxsaylı sosial obyektlərin fəaliyyətinə məsul olan şəxslər idi. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Zaqatalada Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə verdiyi məlumatda bildirilirdi ki, zəlzələdən zərər çəkmiş üç rayonda 74 məktəb binası, 48 uşaq bağçası, 2 lisey, 40 inzibati bina, 9 tibb məntəqəsi, 4 məscid, yəni, cəmi 177 obyekt uçmuş və ya qəzalı vəziyyətə düşmüşdür. Bütün bunları yerli imkanlar hesabına necə bərpa etmək olardı? Ona görə də insanların üzündəki narahatığı duymaq, başa düşmək çox asan idi. Prezident İlham Əliyevin bölgə əhalisi ilə görüşlərdə və səyyar müşavirədə səsləndirdiyi fikirlər isə, demək olar ki, insanların ürəyindəki "yükün" yarıdan çoxunu götürmüş oldu.
Həyəcan və gərginlik nisbətən azalsa da bölgədə görüləcək əsas işlər qabaqdadır. Fövqəladə Hallar Nazirliyinin bütün rəhbərliyi ilə birlikdə 2000 nəfərlik heyəti, Daxili İşlər Nazirliyinin xüsusi briqadaları zəlzələdən zərər çəkmiş insanların yanındadır. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının bütün şöbələri 24 saat işləyir. Baş həkim Zülfüqar Mahmudovun otağında, sanki, hərbi əmiliyyatların qızğın çağında olduğu kimi telefonlar bir an belə susmaq bilmir. Təkcə bizim orada olduğumuz qısa bir vaxtda həm səhiyyə naziri Oqtay Şirəliyev, həm də onun müxtəlif sahələrə nəzarət edən iki müavini zəng edib vəziyyəti öyrəndilər və əlavə göstəriş verdilər. Zülfüqar müəllimin fikrincə, son 9 ildəki sosial-iqtisadi inkişafın nəticələri bu günkü problemlərin həllində yerli qurumların əsas köməyinə çevrilib: "Əgər xəstəxanalar, tibb mənqtəqələri və digər səhiyyə ocaqları bu şəkildə təmir-bərpa olunmasaydı, yeniləri tikilməsəydi və maddi-texniki bazamız möhkəmləndirilməsəydi indi üç minə qədər çadırda yaşayan insanlara tibbi xidməti necə təşkil edə bilərdik. Onların arasında illərdən bəri xəstə olanlar, uşaqlar, qocalar, hamilə qadınlar var. Kifayət qədər maşınlarımız və tibbi personlarımız olduğuna görə indi cənab Prezidentin qarşıya qoyduğu vəzifələri yüksək səviyyədə yerinə yetiririk".
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov müşavirədə söylədi ki, zəlzələdən dərhal sonra Sabirabad və Saatlı rayonlarındakı daşqının nəticələrini aradan qaldıraraq təcrübə qazanmış tikinti şirkətlərinin, eləcə də digər şirkətlərin rəhbərləri Zaqatalaya dəvət olunublar. Onların arasında bilavasitə Zaqatalanın tikinti-quruculuq sahəsindəki inkişafında iştirak etmiş şirkətlər də var. Məsələn, "Şərq-Əcəmi" inşaat şirkəti Zaqatalada bir neçə məktəb binası tikib. İndi də Zəyəm kəndində yeni məktəb tikir. Öyrəndik ki, bu şirkətin inşa etdiyi məktəblər zəlzələdən zərər çəkməyib. Doğrudur, bu faktın əsas səbəbi "Şərq-Əcəmi"nin ən son tikinti texnologiyalarından istifadə etməsidir. Ancaq burada şirkət əməkdaşlarının məsuliyyəti də əsas rol oynayır. "Şərq-Əcəmi"nin rəhbəri Arif Həsənov qeyd etdi ki, biz zəlzələdən əvvəl başladığımız işlərlə yanaşı, Zaqataladakı müşavirədə cənab Prezidentin verdiyi tapşırıqların yerinə yetirilməsində də peşəkarlığımızdan və təcrübəmizdən istifadə edəcəyik.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin iş gününün saat neçədə başlayıb necədə qurtardığını özü də bilmir, sürücüsü də, biz də. O, bütün günü zərər çəkmiş insanların yanında, zəlzələnin fəsadlarını dəqiqləşdirən komissiyalarla birlikdə, görüləcək işlərin qrafikini tərtib edən mütəxəssislərlə eyni masa arxasındadır: "Əlbəttə, söhbət çadırda yaşayan 3 mindən çox ailənin öz evinə daha tez qayıtımasından gedir. Bu çox vacibdir. Ancaq müşavirədə cənab Prezident daha sonkret tapşırıq verdi: "Yeni dərs ilinin başlanmasına qədər dağılmış bütün məktəb binaları yenidən tikilməlidir. Ona görə də hər saatın və hər dəqiqənin qiymətini bilməliyik".
... Təxminən bir ay əvvəl Zaqatalanın sosial-iqtisadi inkişafından söz açan məqalədə bu rayonda inşa edilən yeni evlərdən də danışmışdıq. İndi hesabatlarda göstərilir ki, Zaqatalada 274 ev uçub, 2100-dən çox ev isə qəzalı vəziyyətdədir. Zərər çəkmiş evlərin hamısının həyətində çadır qurulub. Bir dostum söylədi ki, yuxarı dağlardan baxanda həyətlərdəki ağ, sarı, narıncı çadırlar elə görünür ki, sanki, kənd çiçəkləyib. Qoy olsun, hər çiçəyin bara çevrildiyi gün də olur. İnanırıq ki, Zaqatala, Qax və Balakən rayonları həmişə olduğu kimi bu ağır sınaqdan da uğurla çıxacaq, təbii fəlakətin fəsadlarını tezliklə aradan qaldıracaqdır. Elə Prezident İlham Əliyev də Zaqatalada dövlət rəsmilərinə bu tapşırıq və tövsiyələri verdi.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında