Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Zaqatala və Qax rayonlarındakı zəlzələ bölgələrində olmuşdur

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanışlıq məqsədi ilə mayın 14-də Zaqatala və Qax rayonlarında olmuşdur. 
Fövqəladə hallar naziri, müvafiq rayon icra hakimiyyətlərinin rəhbərləri və aidiyyəti qurumların nümayəndələri Zaqatala rayonunun Gözparaq və Qax rayonunun Güllük kəndlərində olmuş, zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş fərdi evlərə, sosial obyektlərə, o cümlədən məktəb binalarına baxmış, əhali ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışlar.
Daha sonra Zaqatala şəhərində yaradılmış qərargahda K.Heydərovun iştirakı ilə müşavirə keçirilmişdir. Zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş fərdi yaşayış evlərinin, sosial obyektlərin tezliklə tikintisinə başlanılması ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
* * *
Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından bildirmişlər ki, mayın 14-nədək rayonda 479 ev uçmuş, 5807 ev isə qəzalı vəziyyətə düşmüşdür. Bundan əlavə, zəlzələ nəticəsində 167 sosial obyekt zərər görmüşdür.
İndiyədək 6286 ailə qəzalı vəziyyətdə olan evlərdən çıxarılmış, rayonun yaşayış məntəqələrində 2281 ədəd çadır quraşdırılmışdır. Bu ailələrin 3548-i çadırlarda, 2736-sı isə digər obyektlərdə yerləşdirilmişdir.
Dövlət başçısının tapşırığına uyğun olaraq, zəlzələdən zərər çəkən ailələrə indiyədək 2609 un kisəsi, 2626 ərzaq bağlaması və digər zəruri ləvazimatlar paylanmışdır.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında